Peyvənd olunanlar "omikron"a yoluxa bilərmi? - Əsas əlamətləri - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Peyvənd olunanlar "omikron"a yoluxa bilərmi? - Əsas əlamətləri

Səhiyyə A- A A+

Britaniyalı epidemioloq, professor Tim Spektor peyvənd olunmuş xəstələrdə koronavirusun "omikron" ştammının özünü necə biruzə verdiyini izah edib.

Ednews xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis koronavirusa qarşı peyvənd olunanlarda "omikron"un beş simptomunu açıqlayıb. O, bildirib ki, virus mutasiyası soyuqdəyməyə bənzər simptomlara səbəb olur. Bunlara burun axması, asqırma, yorğunluq, baş ağrısı və boğaz ağrısı daxildir.

Alim qeyd edib ki, "omikron" ştammına yoluxan xəstələrin yalnız yarısında qızdırma, öskürək və qoxu olmaması kimi xəstəliyin ümumi simptomları müşahidə olunub.

"Omicron, xüsusilə peyvənd olunmuş insanlarda daha çox soyuqdəymə kimi simptomlara və daha az ümumi sistem simptomlarına səbəb olur", - deyə Spektor vurğulayıb.

Trend.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...