Ednews xəbər verir ki, bu sözləri "Qamalei" adına Rusiya Milli Elmlər Akademiyasının professoru Aleksandr Qrinsburq deyib. Onun sözlərinə görə ilkin mərhələdə 12 - 17 yaş arası yeniyetmələr vaksinasiyaya cəlb olunacaq. Belə ki, bu. virusa yoluxan uşaqların daha yüngül simptomlarla xəstəliyi keçirməsinə səbəb olacaq.
Rusiya uşaq hüquqları üzrə keçmiş müvəkkil Mariya Lvova - Belova peyvəndləmənin məcburi olmadığını xüsusi vurğulayaraq qeyd edib ki, bu qərar övladlarının yoluxmasından narahat olan valideynlərin müraciəti əsasında qəbul edilib. Odur ki, vaksinasiya konüllüdür və yeniyetmənin valideynlərinin hər hansısa birinin və ya qanuni qəyyumunun yazılı icazəsi əsasında icra olunacaq.