52-ci moskva xəstəxanasının baş həkimi Maryana Lısenko Omikron ştammının simptomlarından danışıb.
Ednews xəbər verir ki, həkim jurnalistlərə açıqlamasında Omikronun əsas simptomlarının öskürək, burun axması, boğaz ağrısı olduğunu bildirib.
"Bu simptomlar praktiki olaraq respirator virus infeksiyalarından fərqlənmir. Xüsusilə, payız-qış aylarında insanlarda bu cür simptomlar daha çox olur."- həkim bildirib.
Onun sözlərinə görə, yoluxanlar arasında ürək bulanmasından şikayət edən xəstələr də az deyil, lakin hələlik bununla bağlı dəqiq statistik göstərici yoxdur.