Koronavirus deyilsənsə, yıxıl, öl prinsipi ilə işləyən "TƏCİLİ YARDIM" “103”dən kəsilən ümidlər - ŞİKAYƏTLƏR

Sağlamlıq 18:02 07.02.2022

Heç vaxt normal fəaliyyəti ilə özünə ad qazanmayan “Təcili Tibbi Yardım” xidməti 2 ildir dünyada tüğyan edən pandemiyanı əlində bayraq kimi tutaraq insanların çağırışına cavab vermirlər.

Uzun müddətdir xidmət haqqında baş alıb gedən şikayətlər son zamanlar pik həddə çatıb.

İnsanlar şikayət edir, “103” isə...

“Təcili Tibbi Yardım” həkimlərinin davranışı və sözlərinə görə belə bir analiz vermək olar: “Əgər koronavirus deyilsənsə, yıxıl, öl”

Məsələ ondadır ki, heç Covid-19 xəstələrinin harayına vaxtında yetişməyən “Təxirəsalınmaz Tibbi Yardım” cəmiyyətdə şikayət dolu imicini qoruyub saxlamaqda israrlıdır. Belə bir qənaətə çoxsaylı xəstələrinin şikayəti əsasında gəlmək olar.

Şikayətçilərin dediklərindən...

Birinci şikayətçinin dediyinə görə, 75 yaşlı qaynanasının sinəsində kəskin ağrıları səbəbilə telefonla “103” nömrəsini yığmağa məcbur olub. Lakin səhər saat 11-də çağırılan təcili yardım 5 dəfə xidmətə zəng etdikdən sonra axsam saat 19.30-da xəstə yaxınının çağırışına hay verib. Əsl faciə isə burada yaşanıb, çünki həkimlər xəstəyə baxmağa gələndə yaşlı qadın artıq keçinib. Hər dəfə isə xidmətə zəng vuran xanıma, “İlk olaraq, koronavirus xəstələrinin çağırışına gedirik” deyilərək, ondan bir az daha gözləmək xahiş olunub.

Digər şikayətçi isə 24 yaşlı cavan oğlunun harayına təcili tibbi yardıma üz tutub. Burada da eyni situasiya ilə üzləşən qadın, birdən-birə özündən gedib, gözlərinin qarşısında ölümlə üz-üzə qalan gənc oğlunun xilas olmasında qonşularına təşəkkürünü bildirir. Telefonda gözləyən qadın “Sizi operatora bağlayırıq” sözlərini düz 40 dəqiqə gözləməli olub. Çarəsiz qalıb özəl klinikalardan birinə zəng edən qadının burada da ümidləri puç olub. Belə ki, ona təcili yardım üçün yalnız “103”ə zəng etmələrini bildiriblər.  

Bu günədək “103” xidməti ilə bağlı şikayətlərin sayı-hesabı azalmasa da nə ortada olan problem həll olunur, nə də ki...

Səhiyyə sistemində baş verən istənilən nöqsanlara görə Səhiyyə Nazirliyi cavabdehlik daşıyır. Lakin iş çətinə düşəndə Nazirlik bir sıra əhəmiyyətli məsələlərdə ya susmaqla yetinir, ya da məsuliyyəti digər qurumların üzərinə ötürməklə.

Azərbaycan səhiyyəsinin dünya ölkələri ilə eyni inkişaf səviyyəsində olmasına nə mane olur?

Bu sualın da cavabı bəllidir...

Mövzunu daha da geniş işıqlandırmaq üçün “103 Təcili Tibbi Yardım” xidmətinin rəhbəri Rauf Nağıyevin fikirlərini öyrənməyə çalışdıq. Mütəxəssis də yaranan problemdə ilk olaraq insanları günahkar çıxarır:

“İnsanlar təcili yardıma müraciətdən sui-istifadə etməsələr və poliklinikaya düzgün müraciət etsələr nə sistem yüklənər, nə də ki, zənglərin sayı hədsiz dərəcədə artar. Adi günlərdə çağırışın sayı tutaq ki, 2000-2500-ə yaxın, daxil olan zənglərin sayı isə təqribən 4 minə yaxın olur. Ancaq indi gündə 3 mindən çox çağırış icra edirik və daxil olan zənglərin sayı isə 8-9 min, elə vaxtsa olur 10 minə çatır. İnsanlar evlərində oturub ancaq qapısına həkim çağırmaq istəyirlər. Ancaq onlar başa düşmürlər ki, bu çağırışların 90 %-i üçün poliklinikaya müraciət edə bilərlər”.

“103” xidmətinin rəhbəri həm də vətəndaşların bundan sui-istifadə etdiklərini də deyir.

“Hər bir müraciətin arxasında bir insan aqibəti durur. Sistem yüklənəndə istəyirsiz 35 dispetçer yox, 350 dispetçer qoyun. Həmin o yüklənmə yenə olacaq. Çünki camaat poliklinikaya müraciət etməyə öyrəşməyib. Ərazi poliklinikasına müraciət edib-etmədiyini soruşanda deyir bilmirəm, həkimini tanımır. Bədbəxtliyimiz ondadır ki, biz təcili yardımdan təyinatı üzrə istifadə etmirik. Təcili yardımın qarşısına ona aid olmayan tələblər qoyulur”.

Rauf Nağıyevin fikirlərini dinlədikdən sonra bütün təcili yardımın zəif fəaliyyətinin 90 %-nin əhalinin məsuliyyətsizliyinin üzərinə düşdüyü anlaşılır.

Həqiqət yoxsa mif?...

Məsələnin mahiyyətinin getdikcə ittihamlara çevrildiyini görüb ona başqa prizmadan baxıb digər məsuliyyətli şəxsləri də dinləməyə çalışdıq.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı koronavirusa yoluxma sayının 7 mindən çox olduğu şəraitdə bu insanların telefon zənglərini qəbul etməyin çox çətin olduğunu bildirib. M. İbrahimqızı deyir ki, koronavirusla bağlı TƏBİB və Operativ Qərargahın “qaynar xətt”i də fəaliyyət göstərir.

Lakin…

Deputatın da qeyd etdiyi kimi TƏBİB-in də qaynar xətti fəaliyyət göstərsə də məsələ həllini heç cür tapa bilmir.

Söhbət zamanı millət vəkili məsələni parlamentdə digər həmkarları ilə müzakirə edəcəyini də vurğulayıb.

“Təcili tibbi yardımla bağlı məsələ qanunvericiliklə tənzimlənmir, bununla müvafiq icra strukturları məşğul olur. Sadəcə olaraq, xəstəlik sayı çoxalanda qaynar xətt nömrələrinin sayı artırılmalıdır”.

Tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla isə...

“Bütün dünyada bu sistem xüsusi mexanizmlə çalışır. Yəni vaxtında reaksiya vermək, operativ briqadanın hazırlanması, ABBDE sxemilə xüsusilə ekstremal vəziyyətdə olan xəstələrə ilkin tibbi yardımın göstərilməsi, həkimə qədər və həkim yardımının göstərilməsi həyata keçirilir”,- deyə qeyd edib.

Həkim də bildirib ki, təcili yardımla bağlı pandemiya dövründə şikayətlər xeyli artıb.

“Bu əslində çağırışların sayına bağlıdır. Təsəvvür edin ki, bir ara Gürcüstanda yoluxma sayı 15 min nəfərə qalxmışdı. Bu 15 min çağırış deməkdir. Azərbaycanda da 6-7 min yoluxmadan söhbət gedirsə bu bir o qədər çağırış deməkdir. Təcili yardımın bunu icra etmək imkanları obyektiv səbəblərdən xeyli məhduddur. Hesab edirəm ki, bu şikayətlər indiki dövrdə daha çox pandemiya ilə bağlıdır. Təsəvvür edin 7 min həkim, 7 min maşın lazımdır ki, gün ərzində heç olmasa hər evə getmək mümkün olsun. Amma əvvəllər də bu sahədə nöqsanlar vardısa əlbəttə bu işlər yenidən qurulmalıdır”.

Adil Qeybulla dünyada bir örnək olan sistemlə çalışan ABŞ-ın “911” Təcili Yardım xidmətinin təcrübəsini misal gətirərək, o quruluşun ölkədə tətbiq olunmasını təklif edib.

“Müasir dövrdə Azərbaycanda bu sistem xaricdəki səhiyyə sisteminə uyğun qurulmalıdır. Məsələn Amerikada “911” sistemi kimi ayrı-ayrı ölkələrdə müxtəlif bu cür təcili və təxirəsalınmaz yardım xidməti var ki, onlar xüsusi mexanizmlə çalışır və lazımi anda lazımi yerdə ola bilirlər. Çox təəssüflər olsun ki, biz müasir dövrə uyğun sistem qurmaqdansa hələ də Sovet streotipi ilə işləyirik. Bütün nöqsanlar da əsasən bundan qaynaqlanır”.

Qeyd edək ki, bu gün Azərbaycan Tibb Universitetində (ATU) "Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb" mövzusunda simpozium keçirilib. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strategiya şöbəsinin müdiri Araz Nəsirov bildirib ki, hazırda səhiyyə sahəsində islahatlar aparılır:

"Vətəndaşların ən çox şikayət etdiyi bölmə təcili tibbi yardımdır. Ümid edirik ki, beynəlxalq qurumların islahatlarımıza dəstəyi davamlı olar. Qarşımızda ciddi hədəflər qoyulub. Qısa zamanda bu hədəflərə çatacağımıza inanıram".

Gülnar Səlimova

DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO

Xəbər xətti

Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Hamısı