Son zamanlar COVİD-19-a yoluxma sayının kəskin azalması may ayında Azərbaycanda qapalı məkanlarda maska rejiminin və vaksinasiya pasportu tələbinin aradan qaldırılması bildirilir.
Nəzərə alsaq ki, son zamanlar yoluxma sayında da kəskin azalmalar var, elə bu səbəblə də Azərbaycanda karantin rejiminin tam ləğv olunması gözlənilir.
Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancıya açıqlamasında bildirib ki, karantin qaydaları bir sıra ölkələrdə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq yumşaldılsa da, unutmayaq ki, virus hələ də bizimlədir.
“Maskadan istifadə və digər məhdudiyyətlərlə bağlı qərarlar epidemioloji vəziyyət nəzərə alınaraq verilir. Maska taxmaq xüsusilə qapalı yerlərdə virusa yoluxmanın qarşısını almaq üçün vacibdir. Bu səbəbdən, hələ də bir çox ölkələrdə ictimai nəqliyyat kimi əhalinin sıx toplaşdığı yerlərdə maskadan istifadə qərarı qüvvədədir. Azərbaycanda maskadan istifadə ilə bağlı hər hansı qərarın qəbulu qarşıdakı müddətdə yoluxma hallarının sayından asılı olaraq veriləcək.”
Qeyd edək ki, martın 6-dan etibarən Azərbaycanda karantin rejimi yumşaldılıb. Lakin yumşaldılmalarla yanaşı, qapalı məkanlarda tibbi maskadan məcburi istifadəsi və COVID-19 pasportu ilə bağlı tələb hələ də saxlanılmaqadır.
Ləman Abbaslı