Ombudsmandan beynəlxalq təşkilatlara - ÇAĞIRIŞ - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Ombudsmandan beynəlxalq təşkilatlara - ÇAĞIRIŞ

Səhiyyə A- A A+

"Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və işğal dövründə basdırdıqları minalar insanların həyat və sağlamlığı üçün potensial təhlükə olaraq qalmaqda davam edir". 

Ednews xəbər verir ki, bu, Ombudsman Aparatının yaydığı məlumatda bildirilib. 

"Bu gün daha bir Azərbaycan vətəndaşı - Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ömərov Seyidağa Mirzağa oğlu işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Regionda sülh və təhlükəsizliyə ciddi maneə törədən bu kimi halları qətiyyətlə qınayır və bir daha beynəlxalq təşkilatları minaların dəqiq xəritələrinin verilməsi üçün Ermənistana qarşı əsaslı tədbirlər görməyə çağırırıq", - məlumatda qeyd olunub. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...