Uşaqlarda mənşəyi məlum olmayan hepatit aşkarlandı - ednews.net

27 İyun, Bazar ertəsi

(+994 50) 229-39-11

Uşaqlarda mənşəyi məlum olmayan hepatit aşkarlandı

Səhiyyə A- A A+

Dünyada uşaqlarda mənşəyi məlum olmayan 700-dən çox hepatit aşkarlanıb.

Ednews xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

"ÜST uşaqlarda mənşəyi məlum olmayan hepatitlə bağlı monitorinqləri davam etdirir. 34 ölkədən 700-dən çox ehtimal olunan hal qeydə alınıb, daha 112 hadisə araşdırılır", - ÜST rəhbəri bildirib.

Onun sözlərinə görə, azı 38 uşağa qaraciyər transplantasiyası tələb olunub və 10 halda xəstəlik ölümlə nəticələnib.

Mütəxəssislər ümumi gigiyena qaydalarına riayət olunmasını, o cümlədən əllərin hərtərəfli gigiyenası, azyaşlıların tez-tez olduğu yerlərin təmizlənməsi və dezinfeksiya olunmasını tövsiyə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...