Uşaqlarda poliomielit xəstəliyinin profilaktikası üçün tətbiq edilən ağızdan verilən OPV peyvəndinin, dünya praktikasına uyğun olaraq tədricən inyeksiya yolu ilə vurulan İPV peyvəndi ilə əvəz edilməsi prosesi gedir.
Ednews apa-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib.
O bildirib ki, Səhiyyə Nazirliyinin qərarına əsasən, hazırda ölkədə İPV-nin ikinci dozasının tətbiqi ilə bağlı peyvənd təqvimində dəyişikliklər edilib.