Azərbaycanda daha 488 nəfər COVID-19-a yoluxub, ölən olmayıb - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda daha 488 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Səhiyyə A- A A+

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 488 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ednews-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 803 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 685 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 192 nəfərdir.

Ölkədə son sutka ərzində 4 076, hazırkı dövrədək isə 7 084 848 test aparılıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...