Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Səhiyyə A- A A+

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 991 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ednews-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 394, üç və daha çox doza vaksin vurduranların sayı 1 082, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 182 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 841 097, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 370 476, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 860 068, üç və daha çox doza vaksin vurduranların sayı 3 353 237, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 316 təşkil edir.

 

 

 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...