Dünyada koronavirusdan ölənlərin sayı 6 550 485 nəfərə çatıb.
Bu barədə Ednews ayrı-ayrı ölkələrin koronavirusdan ölüm statistikalarına istinadən xəbər verir.
Son gün ərzində koronavirusdan ən çox ölüm Rusiyada qeydə alınıb. Şimal qonşumuzda daha 96 nəfər COVID-19-un qurbanı olub.
Siyahıda ikinci yerdə 71 ölümlə Yaponiya, 44 ölümlə Cənubi Koreya qərarlaşıb.
Dünyada koronavirusa yoluxanların sayı 623 435 092 nəfər, eyni zamanda COVID-19-dan sağalanların sayı 603 242 707 nəfər təşkil edir.