Beynin qanla təminatının kəskin pozulması ölümlə nəticələnə bilər, buna görə də insultun ilk əlamətlərinə diqqət yetirmək vacibdir.
Ednews Lent.az-a istinadən xəbər verir ki, həkim Olqa Şarapova damarlarda problem səbəbindən bir sutka ərzində beyinə oksigen daxil olması dayana və beyin hüceyrələri ölə bilər.
Qeyd edilib ki, əgər insan qəfil özünü pis hiss edirsə, onun mimika və danışığına xüsusi diqqət yetirmək lazımdır. Çünki insult zamanı insanın üzü bükülür, ağızın küncü aşağı salınır. Əzələlər zəifləyir, əl və ayaqlarını çətinliklə hərəkət etdirir. Eyni zamanda insan çətinliklə danışır.