Həyacan TƏBİLİ Azərbaycanda QİÇS-ə yoluxan qadınların sayı artır – Özümüzü necə qoruyaq?

Sağlamlıq 12:30 06.12.2022

“Azərbaycanda qadınlar arasında QİÇS-ə yoluxmaların statistikasında yüksəlmə müşahidə edilir”.

Bu sözləri Ednews-a açıqlamasında “Hüquqi İnkişaf və Demokratiya" Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva deyib. Onun sözlərinə görə qorxulu statistika artmaqda davam edir.

”Orqanizmdə xüsusi hüceyrələr var ki, bunların işi hər hansı yad maddə haqda məlumatı dərhal immun sisteminə ötürməkdir. Beləcə, vəziyyətdən xəbərdar olan qoruyucu-immun sistem həmin yad maddəni məhv edir. İİV-nən yoluxmada həmin köməkçi, xəbərçi hüceyrələr zədələnir deyə istənilən yad maddə, məsələn, barmağa batan kiçik tikan xəstəni öldürə bilir. Ancaq orqanizmin özündə də tez-tez belə zərərli maddələr, o cümlədən xərçəng hüceyrələri inkişaf edir. Onları sağlam orqanizmin özü məhv edir. Lakin immun sisteminə xəbər ötürən hüceyrələr yoxdursa, bu zaman qoruyucu sistem işə düşə bilmir. Nəticədə daxildən və xaricdən meydana çıxan yad, zərərli maddələr orqanizmin özünü məhv edir, ölüm baş verir.  Çox insanda İİV virusu ola bilər. Amma hər adamda bu virus immuniteti çökdürmür. QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu adlanan vəziyyət isə artıq çökmüş immun sistem deməkdir”. 

Z.Mustafayeva bildirib ki, son illərdə İİV virusuna yoluxma hallarında yeni tendensiya müşahidə olunur. Onun sözlərinə görə, İİV-ə yoluxmaların əksər halları venadaxili inyeksiyalar səbəb olurdu, bu da narkomanlar arasında baş verirdi:

 “Son illərin statistikasına görə isə hazırda əsasən heteroseksual, yəni qadın-kişi arasında cinsi münasibətlər yolu ilə İİV-ə yoluxmaların sayı artmaqdadır. Bu da əhalinin sayına çox böyük təsir edən faktordur. Təsəvvür edin, qadınlar eyni ginekoloji kabinetlərdən, alətlərdən istifadə edir, tibbi və ya digər prosedurlar edirsə, bu, yoluxmanın artmasına birbaşa vasitəçilik edir. Çünki hər gün eyni müayinəxanaya onlarla qadın gəlir”.

Birliyin sədri həmçinin İİV-ə yoluxmanın digər səbəblərindən də danışıb. O bildirib ki, ikinci ən təhlükəli yoluxma halının isə İİV virusunun anadan uşağa keçməsidir: 

“Klinik protokollar tərtib olunur, bütün müəssisələrə hamiləliyin ilk 3 ayında İİV virusuna qarşı test pulsuz verilir, yalnız bu halların qarşısı alınmır. Bunun bir sadə yolu var, o da zamanında qan müayinəsindən keçməkdir.

Bu zaman əgər qadının bu virusa yoluxma halı aşkarlanarsa, hamiləliyin ilk 3 ayında 26 günlük ARV terapiya qəbul edilir və uşaq tam sağlam doğula bilir. Ölkədə bunun üçün bütün proseslər həyata keçirilir. Bu analar bilməlidirlər ki, doğuşdan sonra onlar övladlarını əmizdirə bilməzlər, çünki virusun 14 faizi övlada ana südü ilə keçir”.  

Məsələ ilə bağlı İnfeksionist Nicat Əzimli isə qeyd edib ki, xəstəliyin insandan insana ötürülməsi cinsi mayelər və qan vasitəsilə  baş verir. Onun sözlərinə görə əsasən cinsi əlaqə və qanlı prosedurlar zamanı insan QİÇS-ə yoluxa bilir: 

“Xüsusilə, çox sayda cinsi partnyoru olan şəxslər qorunmadan cinsi əlaqədə olduqlarında onlar üçün real təhlükə var. Əlavə olaraq qanla təmasın mümkün olduğu mikro və ya makrotravmatik tibbi prosedurlarda sanitariya qaydalarına riayət olunmaması halında (stomatoloji, cərrahi, inyeksion və s), kosmetoloji prosedurlar zamanı (manikür, pedikür alətləri və s), narkotik maddələrin başqa şəxsdə istifadə olunmuş şprislərlə damara inyeksiyası ilə də insan yoluxa bilər. Bəzi hallarda isə təsadüfi olaraq xəstə şəxsdə istifadə olunmuş iynənin digər insanın dərisinə batması ilə (xüsusilə tibb işçilərində nisbətən çox rast gəlinir) yoluxmalar qeydə alınır. Qeyd olunan bölgələrdə bu faktorların hər hansı birinin və ya bir neçəsinin üstünlük təşkil etməsi həmin ərazilərdə QİÇS xəstəliyinin intensivliyini artıra bilər”.

Qeyd edək ki, Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən 1 dekabrda qeyd edilir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.

Azərbaycanda QİÇS-ın statistikası...

Bu yaxınlarda keçirilən tədbir zamanı Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib ki, hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8500 nəfər rəsmi qeydiyyatdadır. Onlardan 5903-ü kişi, 2597-si qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1993 nəfərdir. 2016-2021-ci illər ərzində İİV-dən 1237 nəfər vəfat edib. 

Mərkəzin direktoru son 10 ayda QİÇS-ə yoluxanların statistikasını qeyd edib: 

“10 ayda virusa yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68 %-i kişi, 32 %-i isə qadın olub”.

Oğuz Ayvaz

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Hamısı