Çin gələn aydan etibarən Kovid məhdudiyyətlərini yüngülləşdirməyə başlayacağını açıqlayıb.
Ednews xəbər verir ki, sərhədlərini açacağını elan edən ölkənin beynəlxalq səyahət sifarişləri sürətlə artmağa başlayıb.
Çin səlahiyyətliləri, xaricə getmək istəyənlər üçün pasport müraciətlərinin yanvarın 8-də başlayacağını bildiriblər.
Qeyd edək ki, Pekin, təxminən üç il sonra, bazar ertəsi günü ölkəyə gələnlər üçün karantin tələbini qaldırıb.
Nəzrin Eldarqızı