Qripin təhlükəli forması gözlənilir Adil Qeybulladan XƏBƏRDARLIQ

Sağlamlıq 13:30 04.01.2023

Son zamanlar Azərbaycanda qrip virusu yayılmaqdadır. Artan xəstəlik cəmiyyət içində qorxu və təşviş yaradıb. 3 ilə yaxındır davam edən koronavirusun adını unutduğumuz dövrdə yenidən gündəmə gələ bilərmi? İnsanlar arasında kütləvi yoluxmaların artma ehtimalı nə qədərdir?

Son sutkada isə ölkədə COVID-19 əleyhinə vaksin vurulmayıb. 16 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb, ölən yoxdur.

Həkim Məlahət Hümmətqızı Ednews-a məsələ ilə bağlı danışarkən qeyd edib ki, bu barədə əvvəlcədən proqnoz vermək çətindi.

“Əhali arasında qrip virusu kəskin yayılıb. Virus  havada hələ də var. Qışda  havaların necə keçəcəyini hələ bilmirik. Sərtmi olacaq, küləkli, yağışlı, qarlı olacaq, bəlli deyil. Viruslar hava, damcı yolu ilə yayılır. Virusun yayılmasında havanın çox böyük rolu var. Soyuq havalarda maska taxmağın tərəfdarıyam. Özüm taxıram. Yenidən virusa yoluxmamaq üçün, soyuq, yağışlı havalarda maska taxmalıyıq”.

M.Hümmətqızı söhbət əsnasında Azərbaycanda hələ də Covid-19 diaqnozlu xəstələrin olduğunu da qeyd edib.

“Evdə yatan xəstələr arasında Covid-19 diaqnozu aşkar olsa da, əvvəlki kimi ölüm halları  yoxdur. Xəstələr tez bir zamanda sağalıb ayağa qalxırlar. Buna səbəb Respublikamızda əhali arasında aparılan kütləvi vaksinasiyalar, virusun mutasiyaya uğraması və insanlarda immun vəziyyətin güclənməsidir”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında bildirib ki, koronavirus pandemiyası hələ bitməyib:

"Karantin də təbii ki, davam edir. Sadəcə karantin qaydaları çox yumşaldığından biz o qədər hiss etmirik. Lakin pandemiya hələ davam edir. Pandemiyanın bu il bitməsi proqnozlaşdırılır, çünki o, artıq öz qürubuna, finişə doğru gedir. Bu il çox güman ki, bitəcək".

A.Qeybulla son günlərdə yayılan virusdan da danışıb:

"Hazırda influenza – qripin mutasiya forması yayılıb. Bu, Avropa ölkələrində də yayqındır. Qrip hər il mutasiyaya uğrayaraq yeni formada peyda olur. Onun A, B və C forması var. Ən çox yayılan forması A-dır. Qripin 2000-dən çox mutasiya ştamı var. Qrip vaksinləri də hər il yenidən hazırlanır. Doğrudur, bu peyvəndlər məsələnin tam həlli deyil, amma immunitetin yaranmasında xeyli rolu var. Bu baxımdan da vaksinasiya məsləhətdir. İnfluenza virusu bəzən yuxarı tənəffüs yollarının katarı ilə - asqırma, öskürmə, burnun tutulması və s. formada, bəzən isə yüksək temperatur, bel, əzələ ağrıları kimi əlamətlərlə özünü göstərir. Hazırkı virus xeyli arealı əhatə edir. Amma nəzərə almaq lazımdır ki, qripin təhlükəli forması gözlənilir. Bu, "ispan qripi" (100 milyona qədər insanın ölümünə səbəb olub) şəklində özünü göstərəcək. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib".

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.

Oğuz Ayvaz

İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO

Xəbər xətti

Azərbaycan Basketbol Liqası: Üçüncü yer uğrunda oyun keçirilib
00:10 16.05.2024
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
23:40 15.05.2024
Batumi Dövlət Universitetinin qarşısında "xarici agentlər haqqında" qanuna etiraz aksiyası bərpa olunub
23:24 15.05.2024
Səbinə Əliyeva “Rusiya-İslam dünyası: KazanForum” 2024 XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib
23:00 15.05.2024
ABŞ-də dövlət bayraqları yarıya endirilib
22:40 15.05.2024
Bayden: ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır
22:29 15.05.2024
ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq
22:12 15.05.2024
Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək
21:57 15.05.2024
Portuqaliyada Qlobal Dialoq Forumu öz işinə başlayıb
21:38 15.05.2024
"Yuventus" klubu Tyaqo Motta ilə razılığa gəlib
21:22 15.05.2024
Kobaxidze: Robert Fitsoya qarşı hücumu qətiyyətlə pisləyirik
21:00 15.05.2024
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
20:49 15.05.2024
"Jirona" klubu Niderland millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb
20:38 15.05.2024
Müxalifətçi yazıçı Slovakiya Baş nazirinə sui-qəsd cəhdində şübhəli bilinir
20:29 15.05.2024
Nazir: Aİ ilə uşaqları və gəncləri mina təhlükəsi barədə maarifləndirmək üzrə əməkdaşlıq edirik
20:08 15.05.2024
Azərbaycan Prezidenti Slovakiyanın Baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb
20:00 15.05.2024
Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib
19:44 15.05.2024
Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
19:33 15.05.2024
Azərbaycan Belarusla nəqliyyat sahəsində rəqəmsallaşma ilə bağlı müzakirələr aparıb
19:20 15.05.2024
Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir
19:00 15.05.2024
Karyerasını bitirən Azərbaycan güləşçisi: Mənə Ermənistan idmançılarının qənimi kimi baxırdılar
18:47 15.05.2024
Sabah Cəlilabadın 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq
18:34 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Küveytdə yeni hökumət and içib
17:50 15.05.2024
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:40 15.05.2024
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
17:40 15.05.2024
Slovakiyanın Baş naziri yaralanıb
17:30 15.05.2024
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
17:20 15.05.2024
Avropa Parlamentinin deputatı Şuşada olub
Avropa Parlamentinin deputatı Şuşada olub
17:10 15.05.2024
Hərbi ekspert: "Erməni polkovnikin rüşvəti rus generalı həbsə apardı" - VIDEO
17:00 15.05.2024
Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyəti gücləndirir
16:50 15.05.2024
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır
16:40 15.05.2024
Bayden və Zelenski yaxın həftələrdə görüşə bilərlər
16:30 15.05.2024
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib
16:20 15.05.2024
İsrail BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsini rədd edib
16:15 15.05.2024
Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
16:10 15.05.2024
Ədalət Verdiyev: Delimitasiya dayanarsa... - VIDEO
16:05 15.05.2024
Azərbaycanın Yaşıl Enerjiyə yönəlməsi Avrasiya ölkələri üçün həlledici rol oynayacaq – ANALİTİKA
16:00 15.05.2024
Azərbaycan və Özbəkistan fintex bazarında birgə araşdırmalar aparacaqlar
15:50 15.05.2024
Hamısı