Partlayışda xəsarət alan tələbələr REANİMASİYAYA yerləşdirildi - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Partlayışda xəsarət alan tələbələr REANİMASİYAYA yerləşdirildi

Səhiyyə A- A A+

Xəbər verildiyi kimi Bakının Sabunçu qəsəbəsinin Şəhər şosesi döngə 2-dəki mənzillərin birində qaz sızması nəticəsində partlayış olub.

Hadisə zamanı evdə olan Odlar Yurdu Universitetinin 4 əcnəbi vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

TƏBİB Ednews-a açıqlamasında tələbələrin vəziyyətini açıqlayıb:

“Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar. Hadisə zamani evdə olan  bədən xəsarəti almişlarin 4 nün də vəziyyəti orta ağirdi. Üzlərində, boyunlarinda, əllərində, ayaqlarinda 2-3 cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində mûalicələrini davam etdirirlər”.

Qeyd edək ki, xəsarət alan tələbələr 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagardır.

Onların həmin evdə kirayə yaşadıqları bildirilib.

Faktla bağlı araşdırma aparılır.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...