“Bayram günləri düzgün qidalanma həddini aşırıq”.
Ednews xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, düzgün qidalanmanı insanlar həyat tərzinə çevirməlidirlər.
“Düzgün qidalanma hər kəs üçün eyni deyil. İnsan bədəni bütün dünyada baş verən hadisələri ilk qida siqnalı ilə alır. Qidalanma bizim orqanlarımızı idarə edən birinci siqnaldır. Həkimlər qidalanmaya birinci dərman kimi baxır. Düzgün qidalanmayan insanın orqanizimində bir çox problemlər yaranır. Novruz bayramında olan qidalarda şəkər çoxdur. Bu zaman insanlar düzgün qidalanmır. Bu da bir çox xəstəliyə və 5 kq artıq çəki almalarına səbəb olur”.
Aysel Şahmar