“Əgər ölkəmizdə yeməyin kefiyyətini yaxşılaşdıra bilsək, ölüm hallarını azalda bilərik”.
Ednews xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Həkimin sözlərinə görə, Novruz bayramında ən çox müraciətlər xroniki xəstəliklərin və mədə problemlərinin kəskinləşməsi ilə bağlı olur.
“Havalar getdikcə, isinir. Artıq çəkidən əziyyət çəkənlər yaz fəslində çox gəzməlidirlər. Yaz fəslində bir çox xəstəliklər baş qaldırır. Öd daşları, qəbizlik, artıq çəki Novruz bayramından sonrakı dövrdə daha da ciddiləşir. İnsanlar bu xəstəlikdən, əsasən, bayramdan sonra əziyyət çəkirlər. Bu isə düzgün qidalanmamanın göstəricisidir. Əgər ölkəmizdə yeməyin kefiyyətini yaxşılaşdıra bislək, ölüm hallarını azalda bilərik. Unutmayaq ki, əsas yeməyin miqdarı deyil, keyfiyyətidir”.
Aysel Şahmar