Qohum olmayan şəxslərin donorluğuna nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək.
Ednews xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
O qeyd edib ki, komissiyanın 5 üzvü olacaq.
“Üzvlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən də nümayəndə olacaq. Komissiya tərəfindən həqiqətən donorluğa ehtiyac olub-olmadığı müəyyənləşəcək”.
Həkim qeyd edib ki, ən çox böyrək köçülməsi üçün müraciətlər olur.
“Hazırda sırada 200 nəfər var. Dünyada və respuklikamızda birinci yerdə böyrək köçürülmə xəstəliyidir. İkinci sırada isə talasemiya xəstəliyi üçün köçürülmə prossesidir”.
Aysel Şahmar