Bəzi qidalar sümüklərin sağlamlığına ciddi zərər verir. Bu da insanda osteoporoz xəstəliyi əmələ gəlməsinə səbəb olur.
Ednews xəbər verir ki, “Fit for Van” jurnalında çıxan məqalədə oynaqların sağlamlığını qorumaq üçün bunlardan uzaq durmaq tövsiyə olunub.
Şəkər
Şəkər insanın sağlamlığına mənfi təsir göstərir və xüsüsi olaraq oynaqlara ciddi zərər vurur, çünki şəkər sümükləri kalsium və maqneziumdan və D vitaminindən məhrum edir. Bu da öz növbəsində osteoporoz riskini artırır.
Qəhvə
Xüsusən də səhər saatlarında qəhvə içmək bir çoxumuzun həyatında, bir zərurətdir. Əgər siz sümüklərinizin sağlamlığını qorumaq istəyirsə, qəhvəni ölçülü şəkildə içməlisiniz. Çünki kofein sümüklərin sağlamlığına təsir edir və kalsiumu azaldır.
Qazlı içkilər
Qazlı içkilərdə sümüklərin sağlamlığına zərərlidir. Çünki onların tərkibində fosfat var, bu da öz növbəsində kalsiumu orqanlarımıza sovrulmasına mane olur.
Siqaret
Siqaret çəkmək sümüklərin sağlamlığı üçün vacib olan estrogen səviyyəsini azaldır.
Loğman Yunis