Hazırda Bakı şəhəri üzrə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ciddi həkim çatışmazlığı yoxdur.
Ednews xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.
Qeyd olunub ki, sadəcə bəzi xəstəxanalarda reanimatoloq, anestezioloq və travmatoloq ixtisasları üzrə bir neçə vakant yer mövcuddur.
Məlumata görə, respublikanın bir çox bölgələrində travmatoloq, ortoped, anestezioloq-reanimatoloq, mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uşaq cərrahı, uroloq, nevroloq, şüa diaqnostikası üzrə həkim (rentgen və KT üzrə) çatışmazlığı müşahidə olunur:
“Vaxtaşırı vakant yerlər üzrə həkimlərin işə qəbulu həyata keçirilir. Kadr çatışmazlığı qeydə alınan ixtisaslar üzrə həkimləri əməkdaşlığa dəvət edirik”.