14 iyun Ümumdünya qan donoru günüdür. Bu gün 2005-ci ildən başlayaraq qeyd edilir. Qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir.
Ümumiyyətlə donor olmaq həm hüquqi həm də dini baxımdan nə dərəcədə doğrudur?
İslam dini orqan bağışlanmasına nə deyir?
Məsələ ilə bağlı Ednews-a məlumat verən İlahiyyatçı Turan İrfan qeyd edib ki, bu əməl heç də haram deyil, əksinə savab qazanmaqdır.
“Quranda belə ayə var ki, bir insanın həyatını xilas etmək bəşəriyyəti xilas etməyə bərabərdir. Bir insanı öldürmək isə insanlığı öldürmək deməkdir. Bundan başqa digər ayədə isə qeyd olunub ki, insanın bilərəkdən öz sağlamlığına zərər vurması günahdır”.
İlahiyyatçı qeyd edib ki, əgər şəxs bunu öz razılığı ilə və sağlamlığına zərər vurmadan edirsə o zaman könüllü formada donor ola bilər.
“Qan donoru olmaq isə əksinə savabdır ona görə ki, bir insanın həyatını xilas etməyə vəsilə olursan. Bu məsələ ilə bağlı dini cəhətdən heç bir qadağa yoxdur“.
Bəs hüquqi baxımdan necə, insan sağ ikən öz orqanlarını kiməsə vəsiyyət edə bilərmi?
Məsələ ilə bağlı Ednews-ə danışan hüquqşunas Əsabəli Mustafayev bildirib ki, Azərbaycanda bu
“Bizdə insan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun var orada hər şey əsaslı formada qeyd olunub.
Transplantasiyalar xüsusi tibbi müəssiələri tərəfindən həyata keçirilir . Donorluğun əsas prinsiplərindən birsi könüllülükdür digəri isə təmənnasızlıqdır. Daha sonra isə həmin şəxslər siyahıya alınır və xüsusi nəzərdən keçirməlidir və bunu yalnız Azərbaycan vətəndaşı və daimi olaraq Azərbaycanda yaşayan xarici vətəndaşlar edə bilər. Xaricdən kiminsə gəlib donor olması isə qanunla qadağandır”.
Rübabə