“TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə 17 vakant yer var”.
Ednews xəbər verir ki, bunu qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
O, vurğulayıb ki, TƏBİB-in tabeliyində 90 tibb müəssisəsi var ki, həmin xəstəxanalarda ictimaiyyətlə əlaqələr üzrə ştat vahidlərinin sayı 110-dur:
"Bu ştatlar üzrə hazırda 83 nəfər çalışır. Ümumilikdə isə bu sahə üzrə 17 yer vakantdır. Ştat vahidi olmayan yerlərin sayı isə 3-dür".
Aynurə İsmayıl