İnfeksionistlər şaurmanı yayın ən təhlükəli məhsulu adlandırıblar və qeyd ediblər ki, bir çox amillərin ağır zəhərlənməyə səbəb ola bilər.
“Şaurma yayda istehlak edilən məşhur məhsullar arasında təhlükə baxımından birinci yerdədir”.
Ednews xəbər verir ki, bu fikirləri infeksionist İvetta Qorşkova Qazeta.ru-ya müsahibəsində deyib.
"Şaurma çox təhlükəli məhsuldur. Fərqi yoxdur, onu nə vaxt yeyirsən - qışda və ya yayda, amma istidə risk daha da artır".
Şaurma zəhərlənməsinə qidaların düzgün saxlanmaması, aşpazın əllərini yumaması və şaurmanın əvvəllər xarab olmuş məhsuldan hazırlanması səbəb ola bilər.
Mütəxəssis həmçinin qeyd edib ki, yayda ət və yumurta kimi hər hansı zülal məhsullarının saxlanmasına xüsusi diqqət yetirilməlidir.
Nurlana