"Artıq elektron resept hazırdır, pilot şəklində bir neçə xəstəxanada və ambulator tipli məntəqələrdə tədbiqinə başlanılıb".
Ednews xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, gələn ilin yanvar ayının 1-dən elektron resept bütün ölkə ərazisində tədbiq olunacaq:
"Bununla bağlı bu ilin dekabr ayında geniş tədbir keçiriləcək. Orada istər tibb işçiləri, istər vətəndaş, istərsə də əczaçılar üçün faydası izah olunacaq".