"Kosmetoloqların da sənədləri yoxlanılmalıdır"

Sağlamlıq 15:11 15.01.2025

Xəbər verdiyimiz kimi, bütün plastik, estetik cərrahlar hüquq-mühafizə orqanları tərəfindən ciddi yoxlamadan keçəcəklər. Bu yoxlamalardan məqbul cavab alan cərrahlara sənəd veriləcək, sənədi əldə edə bilməyən cərrahların isə fəaliyyətinə icazə verilməyəcək.

"EDnyus" xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva Metbuat.az-a açıqlamasında verilən qərarı şərh edib:

"Artıq ölkəmizdə bütün plastik, estetik cərrahlar ciddi yoxlamadan keçəcəklər. Ölkəmizdə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini 2025-ci il yanvarın 31-dək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər. Bu sənədlərdən istənilən biri təqdim edilmədikdə mütəxəssisin sertifikasiyası ləğv ediləcək və o, artıq praktiki tibb fəaliyyəti ilə məşğul ola bilməyəcək".

Millət vəkili bildirib ki, son illərdə plastik cərrahiyyə prosedurlarına cəmiyyətimizdə meyllər artığı üçün gəlir məqsədilə bəzi mütəxəssislər qeyri-qanuni yollarla ixtisas dəyişərək bu sahə ilə məşğul olmağa başlayıblar:

"Sözsüz ki, bu sahə ilə məşğul olmaq üçün həkimin nəzəri və praktiki bilik və bacarıqlarının, təcrübəsinin olması vacibdir. Təəssüf ki, bəzi hallarda həkimlərin lazımi qədər hazırlıqlı olmaması pasiyentlərin sağlamlığı bahasına başa gəlir. Nəzərə almaq lazımdır ki, burada insan həyatından və sağlamlığından söhbət gedir.

Bəzən keysəriyyə əməliyyatı zamanı mama-ginekoloqlar tərəfindən birgə plastik cərrahiyyə proseduru da aparılır, lakin bu, yolverilməzdir. Birincisi, bu cür proseduru icra etmək onun ixtisasına uyğun gəlmir, digər tərəfdən iki-üç əməliyyatın birgə icrası yeni ana olmuş şəxs üçün sonradan böyük fəsadlar, ağırlaşmalar yarada bilər".

P. Vəliyevanın sözlərinə görə, bu cür yoxlamalar, həmçinin, kosmetoloji prosedurlar adı altında, əslində kiçik cərrahi müdaxilələrin də aparıldığı kosmetoloji fəaliyyət göstərən mərkəzlərdə, estetik klinikalarda da aparılmalıdır:

"Tibb kadrı sayılan kosmetoloqların da müvafiq sənədləri yoxlanılmalıdır. Çünki bu sahədə də mənfi hallar, insan sağlamlığına ziyan vurulması halları az deyil. Həmin sahədə yalnız praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdir".

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı