Onlar olmasa, həyat 4 ildən 10 ilə qədər davam edə bilər

Sağlamlıq 17:31 16.10.2016
Bu həşəratın səsi də dərmandır – insanın beynindəki səs tezlikləri ilə üst-üstə düşür
 
 Arıçılıq Azərbaycanda ən qədim təsərrüfat sahələrindən biri hesab olunur. İbtidai insanların qədim yaşayış məskənlərindən olan Azıx mağarasında aparılan arxeoloji qazıntılar zamanı, üzərində arı şəkli olan kasanın tapılması Azərbaycanda arıçılığın çox qədim tarixi olduğunu bir daha təsdiq edir.
 
Zəngin floraya malik olan Qax rayonu Azərbaycanın arıçılıq mərkəzlərindən biri sayılır. Qax Arıçılar Birliyinin sədri Bədrəddin Həsrətov 20 ildən çoxdur ki, arıçılıqla məşğul olur. "Əvvəllər həvəskar kimi bu işlə məşğul olmuşam. Təcrübə yığıldıqca peşəkar arıçı olmağa çalışmışam. Özümü tam peşəkar hesab etmirəm. Baxmayaraq ki, Dünya Arıçılıq Assosiasiyası məni peşəkar arıçı kimi öz ailələrinə qəbul edib", — deyə B. Həsrətov açıqlamasında bildirib. Onun arıçılıqla məşğul olmağa başlaması da təsadüfən olub: "Bir dəfə qoyun otaranda ağac koğuşunda bir arının işlədiyini görmüşdüm. Ona göstərdiyim maraq məni bu peşəyə başlamağa vadar elədi. Sonra Qulamhüseyn Sultanovun "Arıçılıq haqqında söhbətlər" kitabını oxudum. Beləcə, arılar məndə maraq oyatdı və bu işə başladım".
 
Həsrətov təsərrüfatını tədricən inkişaf etdirə bilib və artıq bir neçə gənci işə götürüb: "Gənclərə həm kurs keçir, arıçılığın nəzəriyyəsini öyrədirik, həm də onlara təcrübi cəhətdən arıçılıq sənətini aşılayırıq". "Təsərrüfatımızda təkcə bal yığmırıq. Arıdan 10 adda məhsul götürürük. Demək olar ki, arının ölüsünü də yığırıq, atmırıq. Bilirsiniz ki, arının bədəni xtin təbəqəsindən ibarətdir və çox güclü geparin var. Geparin də kimya sənayesində çox çətin əldə olunur. Amma arının bədənində hazır vəziyyətdədir. Onlardan da müəyyən cövhərlər, bəzi problemlərin aradan qaldırılması üçün kremlər hazırlayırıq", — müsahibimiz qeyd edib. Dediyinə görə, Azərbaycanda ilk dəfə onlar laboratoriya şəraitində arı südünü yığmağa başlayıblar: "Bu il 10 kq-dan çox arı südü yığmışıq. İlk dəfə burada genefond damazlıq təsərrüfatı yaratmışıq. Ana arıda süni mayalanma prosesini həyata keçirməyə başlamışıq. İlk dəfə olaraq biz bal verən bitkilərin araşdırılmasına başlamışıq. Arı məhsulları ilə müalicə üsulları var. Buna apiterapiya deyirlər. Apiterapiya da mənim çox marağımda olan sahədir. Keçən il iki ay bu sahəni öyrənmək üçün Çində oldum. Əslində bunu həkimlər öyrənməlidirlər, biz isə məhsulla təmin etməliyik. Amma, nədənsə ənənəvi tibb alternativ tibbi qəbul etmir".
 
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində arı südü yığılıb B. Həsrətov arıçılıq üzrə bir turizm mərkəzi yaratmaq istədiklərini də diqqətə çatdırıb: "Turistlərə arıçılığı, arıçılığın tarixindən bu günə kimi keçdiyi yolu göstərməyə çalışacağıq. Arının heç qablaşmayan məhsulları var. Onun səsi bir dərmandır, insanın beynindəki səs tezlikləri ilə üst-üstə düşür. Böyük Vətən Müharibəsindən sonra beyin travması alan xəstələri arıxanalarda əyləşdirərdilər, onlar arının vızıltısına qulaq asardılar və onların sinirləri sakitləşərdi".
 
"Arıların müsbət aurası var və onun aurasından da müalicədə istifadə edirlər. Arı pətəyinin içərisində çox güclü bir hava var. Orda nektarın, propolisin uçucu efirləri var. Arının öz nəfəsi var ki, xüsusi cihazlarla, nəfəsalma ilə çox güclü müalicə üsulu hesab olunur. Dünyada ona apeyer deyilir. Almaniyada geniş yayılıb, Türkiyəyə gəlib çıxıb artıq. Biz onu bura da gətirməyi düşünürük", — arı mütəxəssisi bildirib. "Yeriyə bilməyən xəstəni arı sancması ayağa qaldırdı" Arı zəhərini qablaşdırmadıqlarını deyən Həsrətovun sözlərinə görə, ondan müalicə üçün istifadə edirlər: "Bizə ancaq onun sancmaları lazımdır. Buna apitoksinoterapiya deyilir. Akpunktur nöqtələr var ki, biz bu xüsusi nöqtələrə arının sancmasını təmin etmişik. Arı sancmalarını, əsasən revmatik xəstələrdə, skelerozlarda, skelerozun parkinson xəstəliyində tətbiq eləmişik, nəticə əldə etmişik. Gəzə bilməyən bir xəstəmiz vardı, o, bir kurs arı sancmalarından sonra yeriməyə başlayıb. Bu yaxınlarda dağınıq skelerozdan əziyyət çəkən bir xəstəmiz olub, arı sancmaları ilə bir kurs müalicə alıb və sağalıb".
 
Onun sözlərinə görə, Yaponiyada il ərzində 250 ton arı südündən istifadə olunur: "Uşaq bağçalarında, məktəblərdə hər gün uşaqlara pulsuz arı südü verirlər. Bu məhsul fiziki və zehni inkişafa çox böyük təsir göstərir. Azərbaycanlılar isə hələ indi arı südü ilə tanış olurlar.
 
Dünyaca məşhur alim Albert Eynşteyn deyirdi ki, bal arısı məhv olarsa, həyat 4 ildən 10 ilə qədər davam edə bilər. Alim bunu boşuna deməyib". "Entonofil bitkilərdə animafillər az olduğundan, onların çarpaz tozlanması az baş verir. Yəni onlar arasında küləklə tozlananlar azdır. Amma həşəratla tozlanan bitkilər daha çoxdur. Tozlamanın 85%-ni bal arısı aparır. İndi təsəvvür edək ki, tozlanma yoxdur, bitki örtüyü məhv olur, canlı aləmin aqibəti necə olar?! Ona görə də bütün dünyada arıçılar cəmiyyətin ərköyün təbəqəsinə çevriliblər. Bütün dünyada arıçılara subsidiyalar verilir, onlara xüsusi dəstəklər var. Qonşu Türkiyədə arıçılara xüsusi proqramları icra edilir. Arılar o qədər də diqqəti cəlb eləmir. Amma onlar həyat üçün son dərəcə vacib canlılardır. Müqəddəs kitabımız olan "Qurani-Kərim"də də "ən Nəhl", yəni arı surəsi var" — deyə mütəxəssis bildirib. "Balın keyfiyyətini təyin etmək üçün dəqiq üsul yoxdur" O, balın tərkibini də oxucularımız üçün açıqlayıb: "Balın tərkibi o qədər mürəkkəbdir ki, 20%-dən çox su olmamalıdır. Elə təsəvvür edək ki, 80% toz götürmüsünüz, 20% suya qarışdırırsınız, bal olur. Balın tərkibində 20%-ə qədər su olmalıdır. Müvafiq karandaş onun suyunun az və ya çox olduğunu göstərə bilir. Balın tərkibində şirinlik verən sadə şəkər var. Quru kütlədə 76%-dən az olmamalıdır. Viazkas çox olanda, normal olanda bal axarlı olur, uzana bilir".
 
"Balın tərkibində diastaza da var. Təsəvvür edin, arı nektarı yığır, öz fermentini ona qatır, onu gətirib yuvaya çatdırana qədər məsafədən asılı olaraq, ən azından 200 dəfə onu nəhrə kimi çalxalayır. Ağzına gətirir, mədəsinə aparır. Bu minvalla onu gətirib arı yuvasının içərisində yükü qəbul edən arılara təhvil verir. Xortumunu calayır, onlar içəridə onu sorur və onlar da eyni prosesi davam etdirir, özlərindən ona ferment qatırlar. Və beləliklə nektar bal olur və müalicəvi məhsula çevrilir. Balı qaşıqla yuxarı qaldırmaqla onun tərkibində yastazanın olub-olmadığını bilmək olmaz. Ümumiyyətlə bu, nisbi şeylərdir, inanmaq lazım deyil". Həsrətov öz peşəsindən dolayı bütün bölgələri gəzdiyini də əlavə edir: "Elə ballarla qarşılaşırıq ki, ətri qat-qat bizim ballardan ətirli, dadı da gözəldir. Onlardan nümunə götürürük. Bura gətirib analiz edirik və görürük ki, bu, əslində bal deyil. Demək o qədər gözəl hazırlaya bilirlər ki, adamın boğazını deyil, hətta mədəsini də yandırır. Balı təyin etmək üçün elə dəqiq üsul yoxdur. Ancaq onu arıçının vicdanı bilir, sonra da laboratoriya və analizlər".
 
 
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı