Salyanda baş verən ağır yol qəzasında bir ailənin üç üzvü həlak olub.
“EDnyus”xəbər verir ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Aqil Amil oğlu, İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq həlak olub.
Daha bir uşaq, İ.V. isə avtomobildən sağ çıxarılıb.
Xatırladaq ki, təxminən 1 saat əvvəl Salyan rayonunun Seyidlər kəndində ağır yol nəqliyyat hadisəsi qeyd alınıb. Belə ki, idarəetməni itirən "Mercedes" markalı avtomobil kollektora aşıb.