Iranın Kirman əyalətində avtobusun aşması nəticəsində 14 nəfər ölüb.
EDnews xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
“Kirman-Rəvar yolunda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb”, - deyə məlumatda bildirilir.
Ümumilikdə avtobusda 43 sərnişin olub. Zərərçəkənlər xəstəxanaya aparılıb.
Fatimə Şükürova // EDnews