Bu gün səhər Sevan-İrəvan yolunda qazdoldurma məntəqəsində partlayış baş verib.
“EDnews” xəbər verir ki , partlayış borunun kompressorla birləşdiyi yerdə baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqda olan üç avtomobil, həmçinin yaxınlıqda quraşdırılmış bir neçə günəş paneli zədələnib.
Fatimə Mərdanlı //EDnews