Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərara əsasən, paytaxt Bakının 8 rayonu üzrə ümumilikdə 1094 yaşayış binasının sökülməsi planlaşdırılır. Bu, şəhərsalma və abadlaşdırma strategiyasının yeni mərhələsi kimi təqdim olunsa da, praktiki müstəvidə bir çox suallar açıq qalır.
Sözügedən söküntü planına əsasən:
Suraxanı rayonu – 63 bina
Nəsimi rayonu – 226 bina
Xətai rayonu – 99 bina
Nərimanov rayonu – 219 bina
Nizami rayonu – 131 bina
Yasamal rayonu – 18 bina
Səbail rayonu – 41 bina
Pirallahı rayonu – 297 bina
bu qərardan təsirlənəcək.