Sualtı qədim sivilizasiyalar Mif yoxsa reallıq?

Maraqlı 11:47 30.01.2017

Bu günə qədər Dünya okeanının cəmi 5 %-i öyrənilib. Bundan başqa, sualtı aləm bəşəriyyətə qarşı aqressiv davranır. Alimlər hər il bəyan edirlər ki, sualtı dərinliyin sirrləri getdikcə artır. Çox güman ki, suyun dərinliklərində şüurlu həyat var.

Sualtı sivilizasiya barədə faktları bölüşürük.

Əfsanə və miflər

Yaponiyada hələ qədim dövrlərdən su altında yaşaya bilən adamlar haqqında əfsanələr vardı. Ölkənin ən ucqar vilayətlərində aparılan arxeoloji qazıntılar zamanı bir çox təsvirlərdə zahiri görünüşcə insanı xatırladan, əllərində və ayaqlarında üzgəclər olan məxluqlar təsvir edilib. Bu məxluqların üzündə dalğıc maskasına oxşayan nəsə var və maskadan çıxan nazik bir cisim kürəyində olan apparata birləşdirilib. Alimlərin fikrinə görə, bu, qədim dövrün akvalanqistləridir.

Xəzər sahilində yaşayanlar isə düşünür ki, dənizdə sualtı adamlar yaşayır. Neft buruqlarında işləyənlərin bu məxluqlarla qarşılaşmasını özündə əks etdirən çoxsaylı sənəd var. Bəzi alimlərin fikrinə görə, su altının nümayəndələri yad planetlilərlə sıx əlaqəlidir.

Bir versiyaya görə, insan nə vaxtsa suda yaşayıb və hansısa naməlum səbəb ucbatından əlaqələr qırılıb. Mütəxəssislər iddia edir ki, suda batan adam ağ ciyərə su yığıldığı üçün ölmür. Suda boğulan zaman orqanizmin müdafiə prosesi işə düşür. Bu zaman boğazın halqavari əzələsi işə düşür və boğulma baş verir. İnsanın suda rahat nəfəs ala bilməsi üçün bu funksiyanı “söndürmək” lazımdır. Belə bir mexanizm yeni doğulmuş körpələrdə olmur. Bu mexanizm illər ötdükcə qazanılır. Deməli, qədim insan suda özünü yaxşı hiss edib və zaman keçdikcə bu qabiliyyətini itirib.

Əgər insan Dünya okeanı sularından çıxıbsa, çox güman ki, onun bəzi nümayəndələri hələ də orada yaşayır. Bu səbəbdən şüurlu həyatın su altında mövcud olduğunu iddia etmək olar.

Bir amerikalı tədqiqatçının versiyasına əsasən, milyon il əvvəl su altında sivilizasiya olub. Bu sivilizasiya bəşəriyyətdən yüz min il öndədir. Bir çoxları üçün bu hipotez qəribə olsa da, onu təsdiqləyən çoxsaylı fakt var.

Yapon balıqçıları qəribə insanabənzər amfibiya varlıqların mövcudluğuna inanırlar. Balıqçılar dəfələrlə balıq ovu vaxtı bu məxluqlarla rastlaşdıqlarını iddia edirlər. Qeyd etmək lazımdır ki, bu tip məxluqlar barədə təkcə Yaponiyada danışmırlar.

Mütəxəssislərin qədim Şumer mifologiyasında Fars körfəzinin sularında yaşayan insan-balıqlar barədə yüzlərlə qeydləri var. Bundan başqa, gil lövhələrdə insanın bu məxluqlarla əlaqəsi təsvir edilib. Şumer əfsanəsində deyilir ki, qədim sualtı insanlar yerli əhalini elm, yazı, əkinçilik və tikinti barədə məlumatlandırıb və öyrədib. Bu məxluqlar “Oanami” adlandırılırdı. Onlar yerlilərin dilində danışır, yemək yemir və ancaq gündüz saatlarında əlaqə qururdular. Axşam düşən kimi məxluqlar suyun altına enirdilər.

Çox güman ki, əfsanə həqiqətən də uydurma deyil. Çünki müasir elmə əsasən, həyat dənizdə yaranıb.

Sualtı sakinlərlə təsadüfi görüşlər

Son 30-40 il ərzində Qərb mətbuatında insanların sualtı şüurlu məxluqlarla rastlaşdığı barədə məlumatlar yayılır.

1974-cü ildə Kanin yarımadasının ərazisində üç məktəbli Ağ dənizə tökülən çayın sahilində dincəlirdilər. Onlardan bir neçə metr aralıda sudan insanabənzər, uzun quyruğu,tamamilə qara tüklü bir məxluq çıxdı.. Bu məxluq qayaya dırmaşaraq aradan çıxdı. Məktəblilər böyükləri çağıranda onlar qumun üzərində insan ləpirinə bənzər daha uzun və dar izlər gördülər.

Uşaqların dediklərinə inanmaq çətin idi, çünki onların fantaziya imkanları geniş idi. Amma hərbi dalğıclar eyni tipli sualtı sakinlərlə qarşılaşanda bu barədə düşünmək lazım gəldi. Hadisə Rusiya ərazisində, Baykal gölünün sahilində baş verib. Hərbi dalğıclar təlim keçirdilər və dalğıclardan biri suyun üzünə çıxaraq qışqırmağa başladı. Onun dediklərinə əsasən, suyun altında onunla yanaşı boyu 3 metrdən uzun olan insanabənzər varlıq üzürmüş. Sonradan daha iki məxluq da onlara qoşulub. 50 metr dərinlikdə bu məxluqlar maskasız və akvalanqsız olublar. Onların əynində sadəcə gümüşü kostyum və dəbilqə olub.

Qrupun rəhbəri qəribə subyektləri ələ keçirmək barədə qərar qəbul etdi. 7 nəfər peşəkar dalğıc suyun dibinə cumdu. Bədbəxtlikdən əməliyyat bir neçə mütəxəssisin həlak olması ilə nəticələndi.

Qrup məxluqu izlədi və onun üzərinə metal tor atdı. Qəfil güclü zərbə bütün dalğıcları gölün səthinə tulladı. 4 nəfər ömürlük əlil oldu, 3 nəfər isə həlak oldu.

İndi alimlər insanın hansı sivilizasiya-sualtı yoxsa kosmik sivilizasiya ilə daha asan əlaqə quracağı barədə mübahisə edirlər. Güman ki, bizim aqressiv, qəddar, qərarsız və acgöz bəşəriyyətimizlə heç vaxt heç kəs əlaqə qurmasın. Amma bəlkə də əlaqə qurulub, sadəcə bizə məlumat vermirlər?

Skeptik alimlər və tədqiqatçılar Dünya okeanının dərinliklərində şüurlu varlıqların yaşadığı hipotezinə inanmırlar. Amma bunu sübut edən foto və video faktlar da var. Müasir elmə məlum olmayan konstruksiyalı sualtı aparatlar dəfələrlə görülüb.

1960-cı ildə Argentina sahilləri yaxınlığında iki keşikçi gəmisi nəhəng sualtı qayıqlarla qarşılaşır. Gəmilərdən biri suyun dibində, digəri isə onların qarşısında dayanmışdı. Keşikçi gəmiləri sualtıları suyun üzünə çıxarmaq məqsədi ilə dərinliyə bomba atdılar. Amma bu müəmmalı aparatlar yüksək sürətlə hərəkət edərək uzaqlaşdılar. Qeyd edək ki, bu sürət submarinlərə xas sürət deyil. Argentina hərbçiləri onlara bütün silahlardan atəş açmağa başladılar. Submarinlər daha kiçik 6 qayığa bölünərək dərinlikdə gözdən itdilər.

Sualtı müəmmalı gəmilərlə amerikalı hərbçilər də qarşılaşır. 1963-cü ildə Puerto-Riko yaxınlığında suyun altı ilə 300 km/saat sürətlə hərəkət edən obyekt qeydə alınıb. Ən müasir sualtı qayıq da bu sürətdən 3 dəfə az sürətlə hərəkət edə bilir. Bundan başqa, submarin vertikal vəziyyətdə manevrlər edirmiş. Bu isə insan məntiqinə zidd bir şeydir.

Su altında UNO

Alimlər fikrinə görə, Qazaxıstanın Sibin gölü də maraqlı və sirli yerlərdən biridir. Onların fikrinə görə, gölün dibində yerdənkənar sivilizasiyaların bazası var. Bu həqiqətən arqumentdir. Mütəxəssislər bu rayonda yadplanetlilərin kosmik aparatlarının suya “baş vurduğuna” aid yüzlərlə fakt qeydə alıblar. Alimlərin əlində olan onlarla foto gölün sahilində lentə alınıb və fotolarda dərinlikdən qalxan UNO və ya gölün səthini nəzərdən keçirən naməlum obyektlər var. Çox güman ki, Sibin gölü çox dərin olduğu üçün yadplanetlilərin gəmiləri üçün sualtı bazar rolunu oynayır.

Sualtı dünyanın sivilizasiyası

Tibb elmləri doktoru və paranormal hadisələrin tədqiqatçısı Ernst Muldaşev əmindir ki, bir çox dərin dəniz və gölün dibində yüksək inkişaf etmiş sivilizasiya yaşayır. Bu sivilizasiyaların suyun dibində də hərəkət etmək iqtidarında olan təyyarələri var. İnsanlar isə bu UNO-ları yadplanetlilərin kosmik gəmisi kimi qəbul edir.

Bu yaxınlarda rusiyalı dalğıclar 1991-ci ildə batan “Salem Ekspress” paromunu tədqiq ediblər. Qrupun üzvləri qəribə hadisə ilə qarşılaşıblar: hər dəfə suya dalıb gəmini tədqiq edəndə, insana bənzər, əlləri və ayaqları uzun olan məxluqlar onları müşayiət edib. Filippinlərdə batmış hərbi gəminin tədqiqatı ilə məşğul olan ekspedisiyanın yanında da belə məxluqlar üzüb. Dalğıcların ölümünə səbəb olan çətin vəziyyət yarananda bu şüurlu məxluqlar bir saniyə ərzində onları sudan çıxarıblar.

Bizimlə niyə əlaqə qurmurlar?

Bunun əsas səbəbi bizim primitivliyimizdir. Onlar UNO və sualtı heyvanlardan istifadə edərək sadəcə kənardan bizi izləyirlər. Yuxarıda da qeyd etdiyim kimi, Dünya okeanının cəmi 5 %-i tədqiq edilib. Dərinlikdə nələr var? Əgər adi insan hansısa monstr, qumanoid və ya UNO ilə qarşılaşsa, onu ağlını itirmiş, sərsəm sayırlar. Bu hadisə ilə hərbçilər və ya mütəxəssislər qarşılaşanda bu məlumat məxfiləşdirilir və hamıdan gizli tutulur.

Görəsən, sualtı dərinliklərin tədqiqatı ilə məşğul olan mütəxəssislər qədim əfsanələrə niyə diqqət yetirmirlər? Axı bu əfsanələri yerli xalqlar yaradıb. Bu əfsanələrdə su altında yaşayan şüurlu məxluqlar dəfələrlə qeyd edilir. Bu məsələ dünyanın bütün mədəniyyətlərində var. Bu isə bir daha ona işarə edir ki, sualtı sivilizasiya var və o bəşəriyyətdən daha müdrikdir.

Dünya okeanında tapılan əşyalar isə sualtı şüurlu həyatın olduğuna dəlalət edir. Mütəxəssislər hələ də bu əşyaların təyinatını tapa bilmirlər.

İnsan hələ də suyun dərinliklərinə enə bilmir. Texnologiya dərinliklərin təzyiqinə dözə bilmir. Bu səbəbdən Dünya okeanının dərinlikləri hələ də tədqiq edilməyib. Çox güman ki, yaxın gələcəkdə texnologiya inkişaf edər və bu zaman dərinliklərə enmək, tədqiq etmək mümkün olar...(Ölkə.Az)

Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO

Xəbər xətti

Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Hamısı