“Yazda Dağlıq Qarabağ zonasında genişmiqyaslı toqquşmaların başlayacağı təhlükəsi var”.
Bu barədə “Karnegi” fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall Ermənistanın “Jamanax” qəzetinə müsahibəsində deyib.
T.Vall müharibənin qarşısını almaq üçün müxtəlif kanallar vasitəsilə danışıqlar getdiyini vurğulayıb.
“BMT, ATƏT və digər kanallar vasitəsilə pərdəarxası diplomatiya aparılır, əsas məqsəd tərəfləri müharibədən çəkindirməkdir.
Lakin tərəflərdən biri, yaxud hər ikisi müharibəyə gedərsə, bunu dayandırmaq çətin olacaq”, - deyə o bildirib.