Ölkələri bir qəpik də xərcləmədən gəzən azərbaycanlı səyyahın hekayəsi AVTOSTOP TURU

Maraqlı 15:10 16.08.2017

Dünyada vaxtının çoxunu qapalı məkanlarda keçirənlərlə yanaşı, olduğu yerə, ümumilkdə dünyaya sığmayan insanlar da var. Bu cür insanlar vaxtlarının çoxunu yollarda, səyahətlərdə keçirir. Yəqinki aktiv insanların həyat tərzi sizə də maraqlıdır.

Sizə olduğu mühitə sığmayan insanlardan birinin hekayəsini təqdim edirik. Hər nə qədər özünü səyyah hesab etməsə də vaxtının çoxunu yollarda keçirir. Maraqlısı isə bundadır ki, ölkələri demək olar ki, pul sərf etmədən gəzir. Bəli, düz başa düşdünüz, pul sərf etmədən. Bunu necə bacardığını isə Balamirzə Tağıyev özü desə daha yaxşı olar.

Onu da deyək ki, Balamirzə Tağıyev hazırda Bakıda yaşayır. Gündüzləri mobil operatorlardan birinin müştəri xidmətlərində çalışır. Gecələri isə Radio-Video musiqi qrupunun meneceri olaraq fəaliyyət göstərir. Eləcə də Air&Extreme klublarının birində web dizayn və kontent menecerdir. Dediyinə görə, səyahət onun üçün əyləncə və kəşf deməkdir.

Qısacası, A24.Az sizə avtostopla 3 ölkə, 10-dan çox şəhər gəzən Balamirzə Tağıyevlə olan müsahibəsini təqdim edir:

Səyahətə marağınız necə yaranıb?

Səyahətə marağım açığını desəm, monotonluqdan bezdiyim üçün yaranıb. Mən biraz aktivəm və bir qədər də sponton. Sual verəndə ki, filan yerə gedək? Düşünmədən və cavab vermədən dərhal çantamı hazırlayıram.

Bəs avtostopla gəzmək ideyasını sizdə hardan yaranıb?

Avtostopla gəzmək ideyasının təməli çox danışmağımdır. Tərfiləmək kimi olmasın, yaxşı yol yoldaşıyam. Hər zaman deyib, gülürəm. Heç kəsi darıxmağa qoymuram. Düzdü  avtostopla gəzməyimin səbəbi həm də maliyyə məsələsidir. Amma işin maraqlı tərəfi yaxşı yol yoldaşları və gələcəkdə paylaşacaq unudulmaz xatirələr toplamaqdır. Avtostopla səyahət edəndə, tanımadığın insanlarla dostlaşırsan. Bu isə insanı həyəcanlandırır.

Bunu tətbiq edərkən çəkinmirsiniz? Məsələn yolda hər cür insanla qarşılaşırsınız. Başınıza təhlükəli hadisələr gələ bilər və ya pulunuzu oğurlaya bilərlər.

Avtostopda ən vacibi enerjidir. Nə olur, olsun enerjini qorumalısan. Pozitiv düşüncə ilə yola çıxmalısan. Bir məsələni deyim ki, sərhədlərarası avtostop ölkə içindəkinə nəzərən daha rahat və təhlükəsizdir.

Ümumilkdə neçə ölkə gəzmisiniz?

Ümumilkdə Gürcüstan, Rusiya, Ukrayna, Dağıstan, Türkiyə, Çeçenistan, Yunanıstan, Belarusiyada olmuşam.

Bəs avtostopla neçə ölkə gəzmisiniz?

Türkiyə, Gürcüstan və Ukraynanın az hissəsini avtostopla gəzmişəm.

Məlumatıma görə, Türkiyəni qarış-qarış gəzmisiniz. İnsanlar sizə necə münasibət göstərir? Bütün yaxınlaşdıqlarınız sizə kömək əlini uzadır?

Bəli Türkiyənin çox şəhərini gəzmişəm. Amma Türkiyə daxilində avtostop çox çətindir. Belə deyim ki, əgər yanında xanım dostun varsa və birgə avtostopa çıxırsınızsa yolda maksimum 10 dəqiqə gözləyirsiniz. Bəzən daha da tez sizə yardımçı olurlar. Əgər tək avtostopa çıxırsınızsa, 2 saat hətta daha çox yolda qalırsınız. Çünki insanların marağında deyil mənim kimi saqqalı, hərbi geyimdə olan biri. Çoxu qorxur. Kömək göstərənlərin çoxu ya avtostopa çıxıb yolda qalanlardır ya da mənim kimi söhbəti sevənlər.

Türkiyədə eləcə də avtostopla getdiyiniz ölkələrdə neçə şəhər gəzmisiniz?

Türkiyənin xeyli şəhərində gəzib, gecələmişm. Batumdan Antalyaya qədər olan şəhərlər. Antalyada xeyli qaldım. Ordan da hardasa 10-na yaxın avtostop etmişəm. Gürcüstanın 8-9 şəhərində olmuşam.Ən az gəzdiyim yer isə Ukrayna olub.

Bəs harda qalırdınız? Çadır yoxsa otellərdə?

Otellərlə heç aram yoxdur. Çadırda təbii ki. Amma üstünlüyü kənd camaatının evində qalmağa verirəm. O daha maraqlı olur nəinki çadırda tək qalmaq.

Kənd camaatı sizdən pul alırdı ya qonaq edirdilər?

Pul söhbəti olmayıb heç vaxt. Sadəcə qonaq edirlər.

Avtostopla gəzdiyiniz ölkələrə nə qədər pul sərf etmisiniz?

Demək olar ki, pul sərf etmədən gəzmişəm. Pul xərclədiyim şəhər Antalya və ətrafı olub. Xərcim də ancaq su və enerji içkisinə çıxıb.

Sizcə səyahət etmək üçün pul çox önəmlidir?

Əgər şengen vizan varsa yox.

Səyahətləriniz  zamanı yadınızda qalan ən maraqlı və təhlükəli hadisələr nə olub?

Bir hadisə var çox da gülməli sayılmaz amma danışım. Türkiyənin qonaqpərvər ölkə olduğunu bildiyim üçün özümlə çadır aparmamışdım. Getdiyim şəhərlərin birində qonaq da edən tapılmadı. Çox aqressiv insanlara rast gəldim. Gecəni məsciddə yataraq keçirdim. Səhər duranda isə  namaz qılan insanların əhatəsində idim.

Qorxulu hadisələrə gəlincə, polisə şikayət edilməsi xaricində yadımda qalan heç bir şey olmayıb. Polisə şikayət isə sırf görünüşümlə bağlı idi. Hərbi geyim, üzümdə saqqal və çiynimdə çanta. Və hazırda Türkiyədə bu çox qorxuludur. İlk olaraq məni polis saxladı.  Sənədlərimə baxdı və dedi ki, burada avtostop edə bilmərəm. Məni maşınla daha rahat və təhlükəsiz bir yerə apardılar. Daha sonra kənd camaatı məndən dəfələrlə polisə şikayət edib. Sən demə mən yola çıxmadan bir gün öncə bura bomba atıblarmış.

Qeyd: BalamirzəTağıyev səyahət etdiyi yerlərdə şəkil çəkdirməkdən elə də xoşlanmır. Yaşadığı anı yaddaşında ölümsüzləşdirməyə üstünlük verir.  Sizə təqdim etdiyimiz fotoları ilə arxivdən çox çətinliklə tapa bilib.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Hamısı