"Harvi" ilə "İrma" ər-arvad imiş...

Maraqlı 19:19 10.09.2017

ABŞ-da yaşayan və 75 ildir ki, evli olan cütlük İrma və Harvey Atlantik okeanda tüğyan edən eyni adlı qasırğaları təəccüblə izləyir.

The New York Times qəzeti 92 yaşlı İrma və 104 yaşlı Harvey-nin reaksiyalarını dərc edib.

Qəzetə məlumat verən İrma Schluter adlarının səhər-axşam Amerika-nın televiziya kanallarında səslənməsinə təəccübləndiyini söyləyir.

"Bunu necə etdiklərini bilmirəm. Harvey və İrma... Bu, necə ortaya çıxıb?"

Washington ştatının Spokane şəhərində yaşayan çütlük ilk dəfə bir təyyarə gördükləri anı, böyük böhran illərini, Neil Armstrong-un Aya addım atmasını, ABŞ prezidenti John F. Kennedy-nin sui-qəsdə qurban getdiyi günü xatırlasalar da, hava şəraitinin həyatlarına təsir elədiyi bir anı belə xatırlamırlar.

Bir kişi - bir qadın qasırğa adları

Dünya Meteorologiya Təşkilati, 1979-cu ildən bəri Atlantik okeandakı qasırğalara sırayla qadın və kişi adları verir.

Böyük dağıntılara səbəb olmuş adlar istisna olmaqla qasırğaların adları təkrarən işlədilir. Harvey adı qasırğaya ilk dəfə 1981-ci ildə verilib.

2011-ci ildə isə çox böyük dağıntılara səbəb olduğu üçün İrene adından imtina edilib. Onun əvəzinə İrma adı işlədilir.

Harvey və İrma qasırğalarının törətdiyi nəticələrə nəzər salınsa, bu adların da birlikdə tarixə təslim olacağını demək olar.

Evlərini 120 uşağın üzünə açıblar

Harvey və İrma cütlüyünün hekayəsi sosial media istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Bu xəbəri paylaşanlardan biri də NBC kanalının Ağ Evdəki baş müxbiridir.

Həyatları boyunca evlərini uşaqların üzünə açan cütlük, adlarının mənfi hadisələrlə xatırlanmasına kədərlənirlər.

Onlar indiyə qədər heç vaxt qasırğa ilə üzləşməyib.

Cütlük 1942-ci ildə evlənib. O vaxtlar Harvey bərbər işləyirmiş.

Evdar xanım olan İrma isə, tək qalmaqdan darıxdığı üçün evlərini uşaqların üzünə açmağa qərar verib.

Onlar həyatları boyunca həm fiziki, həm də əqli cəhətdən problemli 120 uşağı evlərində qonaq etdiklərini deyirlər.

İki qasırğanın törətdiyi fəlakətləri görən İrma deyir ki, "heç vaxt belə bir vəziyyətə düşmədiyim üçün, nə etməli olduğumu bilmirəm".

"Düşünürəm ki, necə kömək etməli olduğumu bilməsəm də, insanlara yardım etməyə çalışardım". (Milli.az)

Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO

Xəbər xətti

Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Hamısı