Leonardo Da Vinçinin şəxsi kolleksiyada aşkar edilmiş sonuncu əsərlərindən biri olan "Salvator Mundi" (lat. “Dünyanın xilaskarı”) hərraca çıxarılıb.
Əsərə qoyulan başlanğıc qiymət 100 milyon dollar təşkil edir.
Qeyd edək ki, XVI əsrə aid olan bu əsər İsa Məsihin portretidir.