İndoneziyada dəniz heyvanlarının qeyri-adi xilasedilmə əməliyyatı həyata keçirilib. Açex vilayətində xilasedicilər və yerli sakinlər Uconq Karenq çimərliyi ərazisində özlərini sahilə atan 10 kaşalotu xilas etməyə çalışıb.
Hadisə nəticəsində 4 kaşalot ölüb, 6 kaşalotu isə dənizə qaytarmaq mümkün olub. İnsanlar onların tələf olmuş həmcinslərinin yanına - sahilə qayıdacağından ehtiyatlanırlar.
Balinaların bu hərəkətinin səbəbləri məlum deyil. Ola bilsin ki, bu, hər hansı xəstəliklə bağlıdır. (Oxu.Az)