Dünyaya 4 yadplanetli gəlmişdi, hamısını öldürdük.
Xarici media xəbər verir ki, bu sözləri Kanadanın sabiq müdafiə naziri Paul Hellyer deyib.
Onun sözlərinə görə, bunu ört-basdır etmək üçün Kanada trilyonlarla dollar vəsait xərcləyib.
1963-1967-ci illərdə müdafiə naziri olan Hellyer hadisənin 1960-cı ildə baş verdiyini bildirib:
“İllər əvvəl Yer planetinə gəldilər. Dünyanın gedişatını bizə dedilər və yardım təklif etdilər. Buna baxmayaraq, biz onları təhdid kimi gördük. Əvvəlcə atəş açdıq, daha sonra dindirmək fikrinə düşdük. Onlar Andromeda və Saturn planetlərindən gəlmişdilər”. (Teleqraf.com)