İngiltərənin İordaniyadakı səfirliyi bir pişiyi diplomat təyin edib.
Abdounlu Lavrance adlı pişik siçanları ovlamaq üçün təyin edilib. Oktyabr ayında ölkənin paytaxtı Ammanda bir heyvan sığınacağından alınan pişik İngiltərənin ilk diplomat pişiyi olmaq xüsusiyyətinə malikdir. Sosial mediada da məşhur olan pişiyin 7 min izləyicisi var. Amman səfirinin köməkçisi Laura Dauban bildirib ki, A.Lavrance səfir olmaqla yanaşı tviter izləyiciləri ilə də maraqlanır.
“İordaniyadakı səfirliyimizi fərqli bir perspektiv göstərməyə kömək edir. İngiltərədən turistlərin İordaniyaya gəlib bu ölkəni ziyarət etməklərini istəyirik. Burada sülh və firavanlıq var”, - deyə səfir köməkçisi əlavə edib.(publika.az)