Məni model sayırlar, lakin belə deyil. Döyüşçüyəm və nəslimizin ənənələrini davam etdirirəm.
Çinin Şanxay şəhərində yaşayan Ye Yonsyan belə deyir.
AsiaOne bildirir ki, 31 yaşlı Yen taysziysyuan döyüş sənətinin "yan" stili ilə məşğul olur.
157 sm-lik boyu olan Yen zərif, incə xanımdır. Bununla belə o, dünya səviyyəli kunq-fu və tay-çi döyüşçüsüdür. O, hər gün qılınclarla, bıçaqlarla, xəncərlərlə, nizələrlə məşq edir.
Yen dünyanın ən sürətli kunq-fu və taysziysyuan qadın döyüşçüsü sayılır.
Əslən Taylanddan olan və Şanxayda yaşayan Yen indi Çinlə bahəm, Cənub-Şərqi Asiya ölkələrində sosial şəbəkələrin ulduzuna çevrilib.
O, model kimi reklam fotosessiyalarına da çəkilir.
"Taysziysyuanı gənclər arasında daha da populyar etmək istəyirəm", - deyən Yenin anası da döyüş sənətlərinin bilicisi olub.
Yenin anası, 62 yaşlı Çen Tilin tayszisyuanı 14 yaşı olanda öyrənməyə başlayıb.