Filippinin Luson adasının cənub-şərqində yerləşən Mayon vulkanı lava püskürməyə başlayıb.
İndi vulkanın 6-7 km məsafəsində yaşayan, təqribən, 15 min adam təhlükə bölgəsini tərk edib.
Vulkan lava ilə yanaşı, kül də püskürməyə davam edir.
Qeyd edək ki, vulkan son günlərdə fəallaşıb və buna görə də həyəcan dərəcəsi üçüncü səviyyəyə qaldırılıb. Bu o deməkdir ki, təhlükəli püskürmə hər an baş verə bilər.