Rusiya Prezidenti Vladimir Putin üçün hazırlanan yeni "Kortej" avtomobil layihəsinin pərakəndə dəyəri 6-7 milyon rubldan (təxminən 180.000-270.000 AZN) başlayır.
Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov maşının hədəf qiymətinin “Mercedes S” sinifli premium avtomobillərin dəyərindən 15% aşağı səviyyədə müəyyənləşdirmək olduğunu bildirib.
Qeyd edək ki, layihənin istehsal partnyoru Vadim Şveçovun “Sollers” şirkətidir. Bu layihədə büdcə investisiyası 12,4 milyard rubldur.