Azərbaycanlı rəssamın ispaniyalı aktrisanın rol aldığı filmdəki epizoddan hazırladığı videorolik sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Rəssam Röyal Paşayev dünya şöhrətli ispan aktrisa Fenelope Kruzun ləzginka rəqsini ifa etdiyi videorolik hazırlayıb.
Qeyd edək ki, rolik Kruzun baş rollardan birini oynadığı “Noel” filmindən götürülüb. Əslində aktrisa filmdə aktyor Pol Uorker üçün ispan rəqsini ifa edib. Film 2004-cü ildə Çez Palmintyeri tərəfindən çəkilib.
Röyal Paşayev Bakıda anadan olub, hazırda isə Amerikada yaşayır.
Müqayisə üçün sizə "Noel" filmindən orijinal fraqmenti təqdim edirik: