Dünya liderlərinin siqaret bəlası

Maraqlı 11:15 01.02.2018

Kim aktiv istifadəçisi, kim isə aktiv əleyhidarı

Məlumat verdiyimiz kimi, yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda çıxış edən president İlham Əliyev bildirib ki, ildə 160 milyon dollar vəsait siqaret alınması üçün ölkədən xaricə gedir: “Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə bu məsələyə çox ciddi baxmaq lazımdır. Əminəm ki, indi qəbul edilmiş qanun siqaret çəkənlər üçün əlbəttə, yeni bir tövsiyə olacaq ki, camaat bu pis vərdişdən əl çəksin. Bilirsiniz, bu, xəstəlikdir, bədbəxtlikdir, çox pis vərdişdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa. Xaricə 160 milyon dollar gedir. İndi biz siqaret fabriki tikirik ki, xaricdən asılılıq azalsın. Ancaq xaricdən asılılığın azalmasında ən yaxşı hal o olar ki, Azərbaycanda siqareti az çəksinlər”.

Onu da qeyd edək ki, dünyada ən çox siqaret Çində çəkilir: ildə adambaşına 4124 ədəd siqaret. Bu, gündə 11-12 siqaret deməkdir . Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, Azərbaycanda adambaşına bir ildə 2114,33 ədəd siqaret çəkilir. Bu isə günə 6-7 siqaret deməkdir. Bu göstərici ilə Azərbaycan dünyada 13-cü yerdədir.

Qvineya dünyada ən az siqaret çəkən ölkədir. Burada adambaşına ildə cəmi 15 siqaret düşür.

ÜST-nin məlumatına görə, hər il dünyada siqaretdən 5,4 milyon nəfər həyatını itirir. Hesab olunur ki, 2030-cu ilədək bu rəqəm 8 milyona yüksələcək. Dünyada siqaret əleyhinə çoxsaylı qanunlar, konvensiyalar qəbul olunub. Əksər ölkələrdə siqaret çəkilməsini, siqaretin təbliğatını bu və ya başqa formada əngəlləyən qanunlar, qaydalar tətbiq edilir.

Dünya liderlərinin bir çoxu siqaret əleyhinə təbliğatın aktiv dəstəkçisi olsalar da, onlar arasında tütün məmulatlarının istifadəçisi olanlar da az olmayıb.

barack obama cigarette ile ilgili görsel sonucu

Müasir dünyada ABŞ-ın sabiq prezidenti Barak Obama siqaret çəkib. O, hətta birinci dəfə seçiləndə Ağ Evdə siqaret çəkilməməsi ənənəsinə sadiq olacağını bəyan etsə də, 2011-ci ilədək buna nail ola bilməmişdi.

Miloş Zeman cigarette ile ilgili görsel sonucu

Hazırda siqaret çəkən liderlər arasında Çexiya prezidenti Miloş Zemanın adı öndə gəlir.

Mariano Rajoy cigarette ile ilgili görsel sonucu

İspaniyanın baş naziri Mariano Rahoy da bu zərərli vərdişə aludədir - kuba siqarlarını daim yanında gəzdirir. Hətta ölkənin səhiyyə nazirinin təkidli çağırışlarına rəğmən, bu vərdişindən əl çəkmək niyyətində deyil.

Sergey Lavrov cigarette ile ilgili görsel sonucu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov siqaret çəkən siyasilərdən biridir. Onu jurnalistlər daim tədbirlərdən sonra siqaret çəkən görürlər.

Avropa Birliyi daxilində siqaret əleyhinə tədbirlər getdikcə sərtləşdirilir. 2020-ci ildə Birlik ölkələrində ətirləndirici siqaretlərin istehsalını qadağan edən qanun qüvvəyə minməlidir. Bir sıra birlik ölkələri bu qanuna ciddi etiraz edirlər. Polşa ilə Rumıniya isə artıq üzv ölkələrə ətirli siqaretlərlə bağlı müstəqillik verilməsi iddiası ilə məhkəməyə müraciət ediblər.  Bundan əlavə, birlik daxilində siqaretlərin cəlbedici rənglənmiş qutularda satılması da qadağan edilib.

Onu da qeyd edək ki, tarixdə iz qoymuş çoxsaylı liderlərin tütün məmulatlarından istifadə etdikləri məlumdur. Bunlar arasında Çin Xalq Respublikasının yaradıcısı Mao Tsezedun, Böyük Britaniyanın baş naziri Uinston Çörçill, SSRİ diktatoru İosif Stalin, Kuba lideri Fidel Kastro, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy var.

Hazırda siqaretə qarşı aktiv mübarizə aparan ölkələr arasında Avropa Birliyindən əlavə, Türkiyə, Rusiya, Azərbaycan da var. Hər üç ölkədə son illərdə siqaretin reklamı, təbliğatı və çəkilməsinə məhdudiyyətləri nəzərdə tutan qanunlar qəbul edilib.

Rusiya prezidenti Vladimir Putin hətta ötən il Çexiya prezidenti Miloş Zemanla Rusiya xarici işlər naziri Sergey Lavrova publika qarşısında dediyi “Siqareti tərgitmək lazımdır” sözləri ilə diqqətə gəlmişdi.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı