Almaniyada arxeoloji qazıntılar zamanı tapılan 4500 il əvvələ aid skeletdə “Hepatit B” virusunun izlərinə rast gəliblər.
Kembric universitetinin alimləri yayılan xəstəliklər və virusları daha yaxşı başa düşmək, tədqiq etmək üçün inqilab kimi bir kəşfə imza atıblar.
Qeyd edilir ki, kəşf edilən virus günümüzdəki “Hepatit B” virusunun mutasiyaya məruz qalmadan əvvəlki yox olmuş halıdır. Bu kəşf skelet üzərində tapılan ən qədim nümunədir. Bu kəşfə qədər isə ən qədim virus nümunəsi 450 il əvvələ aid idi.(olke.az)