Tailandda sahildə görünən balinanın təxminən 80 ədəd plastik torba yedikdən sonra həyatını itirdiyi məlum olub. Nəhəng sellofan torbaların birinin təxminən yarım kiloqram ağırlığında olduğu müəyyən olunub.
Kiçik erkək balina dəniz xilasetmə komandası tərəfindən tapıldıqda qusmağa çalışırdı. Balina öldükdən sonra müayinə nəticəsini açıqlayan Tailand Dəniz və Sahil qaynaqları departamenti heyvanın mədəsində 80 ədəd plastik torba olduğunu müəyyən edib.
Mütəxəssislər plastik torbaların balinanın hər hansı bir qidalandırıcı yemək yeməsini imkansız hala gətirdiyini bildirib.
Dəniz bioloqu Thon Thamrongvasavat hər il ərazidə 300 dəniz heyvanının dənizə atılmış plastik məhsulları yediyi üçün həyatını itirdiyini bildirib.(metbuat.az)