İsrail Prokurorluğu ölkənin baş nazirinin həyat yoldaşı Sara Netanyahunu dələduzluqda və israfda ittiham edib.
Bununla bağlı “Haarets” nəşri məlumat verib.
İddia edilir ki, Sara 2010-cu ilin sentyabrından 2013-cü ilin martınadək büdcə pullarını nəzarətsiz olaraq özünə xərcləyib. Bundan başqa, o, ölkənin ən bahalı restoranlarından ərinin iqamətgahına 100 min dollar dəyərində yemək sifariş edib.
Sara Netanyahu bütün ittihamları rədd edib.
Bu cinayət işi çərçivəsində İsrail baş nazirinin dəftərxanasının baş direktorunun keçmiş müavini Ezra Saydova qarşı da ittiham irəli sürülüb. (oxu.az)