Dezinformasiyaları ilə Hitleri yıxan casus Əslində “Lili” kimə işləyirdi?

Maraqlı 21:10 31.01.2019

Kəşfiyyat müharibələrinə damğa vuran xanım kəşfiyyatçılar da olub. Belə xanımlar adətən jurnalist, həkim və diplomat peşəsinin daşıyıcıları olub.

Nataliya Sergeyeva da belə kəşfiyyatçı xanımlardan biri olub.

Eurasia Diary bu məşhur, amma barəsində geniş informasiya olmayan casusun dosyesini təqdim edir:

Nataliya Serqeyeva 1912-ci ildə Sankt-Peterburqda doğulub. General-leytenant Yevgeniya Millerin yaxın qohumu olub. Ancaq Oktyabr İnqilabından sonra ailəsi Rusiyanı tərk edərək Fransaya köçüb. Nataliya Parisdə təhsil alıb. Fransız, ingilis və alman dillərini mükəmməl öyrənib. Daha sonra jurnalist kimi fəaliyyətə başlayıb. Hətta Faşist Almaniyasının ciddi fiqurlarından olan Qerman Qerinqdən müsahibə alıb.

Az sonra Hitler II Dünya Müharibəsini başladıb. Bu müharibə zamanı almanlar Fransanın müəyyən hissəsini işğal edib. Nataliyanın yaşadığı ərazilər də alman işğalına məruz qalıb.

Qısa müddətdən sonra almanlar jurnalistə hərbi kəşfiyyat və əks-kəşfiyyat qurumuna (Abver) işləməyi təklif edir. Nataliya bu strukturun casusu kimi işləməyə razılıq verir. Onu 1943-cü ildə İspaniyaya göndərirlər. Alman kəşfiyyatının əsas məqsədi Nataliyanın bir müddət İspaniyada qalması, daha sonra Böyük Britaniyaya keçərək casusluq fəaliyyətinə başlaması idi.

İspaniyadan Böyük Britaniyaya keçmək üçün Madriddə İngiltərə konsulluğuna daxil olan Nataliya Alman hərbi kəşfiyyatının casusu olduğunu, onun qarşısında qoyulan vəzifələr haqqında məlumat verir və bildirir ki, bu müharibədə Hitlerin məğlub olması naminə İngiltərənin xeyrinə ikili casus kimi işləməyə hazırdır.

Beləcə Nataliya Böyük Britaniyanın əks-kəşfiyyat xidməti olan Mİ5 üçün işləməyə başlayır. Onun İngiltərədən yeganə xahişi xəstələnən itinə xüsusi qayğı göstərilməsi olur.

Britaniya nümayəndələri Nataliyanın təklifini qəbul edirlər, habelə onun iti haqqında xahiş və şərtlərini yerinə yetirəcəklərini bildirirlər.

Bununla da “Lili” ləqəbli Nataliyanın Abverə dezinformasiya xarakterli informasiyalar göndərməsinin əsası qoyulur.

Britaniya əks-kəşfiyyat xidmətinə “Xəzinə” kod adı ilə işləyən jurnalist Londonun maraqlarında olan dezinformasiyaları Alman kəşfiyyatına göndərirdi. Bu məlumatlar digər alman “casuslarının” göndərdiyi məlumatlarla əksər vaxtlarda eyniyyət təşkil edir və Berlində inandırıcı informasiya kimi qəbul olunurdu.

Ancaq ingilislər itə görə qəbul etdikləri şərtləri qoruya bilmədi, “Xəzinə”nin iti xəstələnir və vəfat edir.

İtinin ölüm xəbəri Nataliyaya çox pis təsir edir, o uzun müddət özünə gələ bilmir, bəzən özündə olmurdu. Depresiya yaşayan casus bir dəfə ağzından qaçırır ki, Alman kəşfiyyatına informasiyanı məxfi kod vasitəsilə göndərəcək. Bu kod haqqında İngiltərə kəşfiyyatının heç bir məlumatı yox idi.

Bu səbəbdən İngilis kəşfiyyatı “Xəzinə”ni radioqramadan kənarlaşdırdı, onun fəaliyyətinə nəzarətlə icazə verdilər. Ancaq o, verdiyi məxfi kod vasitəsilə Mİ5 almanlara informasiya ötürməkdə davam edirdi.

1944-cü ilin sonunda Nataliya Fransaya qayıdır. Daha sonra Amerikaya gedir. Bir müddət ABŞ-da yaşayan jurnalist və ikili agent1950-ci ildə böyrək xəstəliyi səbəbindən dünyasını dəyişir.

Jurnalist fransız dilində “Tək Abvera qarşı” adlı memuarını yazmağa müvəffəq olub. Bu memuar 1968-ci ildə ingilis dilinə tərcümə olunub və Londonda təqdimat mərasimi keçirilib.

Jurnalist həmçinin Avropanı piyada gəzdikdən sonra “Mənim səyahətim” adlı kitabını hazırlayıb. Bu kitabı 1946-cı ildə nəşr olunub.

Nataliya Mİ5 üçün fəaliyyəti dövründə ən ciddi və strateji hesab olunan “Fortitude” (Möhkəmlik) əməliyyatının əsas beyin mərkəzlərindən olub. Bu əməliyyat Normandiyaya müttəfiq qoşunlarının çıxarılması ərəfəsində Hitler kəşfiyyatına dezinformasiya xarakterli məlumatlar ötürməklə onlara gözləmədiyi yerdən zərbə endirməyi və qoşunları maneəsiz Normandiyaya çıxarmağı nəzərdə tuturdu.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Hamısı