ABŞ-da yaşayan məşhur azərbaycanlı tele aparıcı…

Maraqlı 21:17 13.02.2019

Deyir ki, - "Mən buraya Amerikanı fəth etmək üçün gəlməmişəm. Valideynlərim burada yaşadıqları üçün ABŞ-dayam"…

Onunla ünsiyyətimiz ilk dəqiqədən alındı. Çox şən və mehriban xanımdır. Azərbaycanla bağlı o qədər ideaları var ki, onları həyata keçirə bilsə, istəsə, istəməsə də Amerikanı fəth edənlərdən biri olacaq…

Haqqında söhbət açdığım Günel Musəvi Bakıda dünyaya gəlib. 1995-ci ildə 46 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1996-2000-ci illərdə Təfəkkür Universitetində ingilis dilinin filologiyası fakultəsində ali təhsilə yiyələnib. 
1999-2000-ci illərdə Azad Azərbaycan Tele Radio Şirkətinin "106 FM" radiosunda "Yuxudan Oyan" verilişinin aparıcısı olub. Sonra bir il ABA telekanalında yayımlanan, ölkədə ilk milli mahnıların xit paradı olan "Qızıl onluq" verilişini aparıb, daha sonra isə onu məhşurlaşdıran "100%" verilişinə aparıcılıq edib. Arada Amerikaya, qardaşının yanına gəlib, altı ay burada yaşayıb. 2004-cü ildə vətənə geri dönərək yenidən beş il "Lider" telekanalında işləyib. 2009-cu ildən ABŞ-ın Minesota ştatında yaşayır. 1999-cü ildən Amerikaya köçənədək bir sıra bədii filmlərdə, seriallarda, kliplərdə rol alıb, "Bakılı oğlanlar" şən və hazırcavablar klubunun heyətində çıxışlar edib…

2010-2012-ci illərdə Metropolitan Dövlət Universitetində təhsil alaraq uşaq psixologiyası üzrə bakalavr dərəcəsinə yiyələnib. 2013-cü ildə "Every Azeri" internet bloq yaradaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlı xanımları bir araya gətirməyə çalışıb. 2015-ci ildə körpə övladı olduğundan bu bloqun fəaliyyətini dayandırıb. 2017-ci ildən Konkordia Universitetinin Səhiyyədə biznesin idarə edilməsi üzrə (MBA) magistratura pilləsində təhsili alır…

…Babası professor Mir Tağı Musəvi tarix elmləri namizədi olub. AMEA-nın Tarix institutunda və eyni zamanda Azərbaycan dövlət radiosunun beynəlxalq verilişlər redaksiyasında çalışıb. O, burada İranda yaşayan sodaşlarımız üçün hazırlanan verilişlərə redaktorluq edib…

Hazırda Minesota ştatında məskunlaşan atası Yusif Musəvi ixtisasca mühəndisdir. Anası Sərur xanım Hüseynova uzun illər Azərbaycan Xarici Dillər İnstitutunda fransız dilini tədris edib. Günel xanımın Sevil adlı bir qızı var…
Deyir ki,- "Azərbaycan mətbuatını hər gün izləyirəm. Milli kimliyim mənim üçün çox önəmlidir. Çalışıram ki, milli bayramlarımızda soydaşlarımızı bir araya gətirim. Elə ona görə də "Minesota Azərbaycan Asossasiyası"nı təsis edib dövlət qeydiyyatından keçirmişəm. Uğurlarımız da var"…

Azərbaycan naminə müxtəlif tədbirlər keçirməyi planlaşdırır. Artıq bir neçəsi baş tutub. "Azərbaycan kino gecəsi" adlı tədbirdə "Qaynana" bədii filmini nümayiş etdirərək, Amerikada doğulan azərbaycanlı uşaqları kino mədəniyyətimizlə tanış edib. May ayında "Azərbaycan mətbəxi günü"nü keçirməyi qərara alıb. İstəyir ki, bu tədbirə amerikalıları da cəlb edib onları mətbəximizin təamlarının hazırlanması ilə tanış etsin. Anası müəllim olduğundan, onun vasitəsi ilə azərbaycan dilində yay dərsləri təşkil edib, burada böyüyən uşaqlara ana dilini tədris etdirmək istəyir. Bundan əlavə, hər dəfə bir azərbaycanlı ailəsində nağıl günləri keçirmək planlaşdırır…

…ABŞ-ın bəzi ştatlarına nisbətən Minisotada soydaşlarımızın sayı elə də çox deyil, amma bu xanımın iradəsi, əzmkarlığı, vətənpərliyi bunu inamla söyləməyə imkan verir:- "Bir vaxtlar "sehirli qutudan" yayımlanan maraqlı verilişləri ilə Azərbaycan ictimaiyyətinin rəğbətini qazanmış Günel Musəvi çox keçməz ki, ABŞ-da yaşayan azərbaycanlıların da sevimlisi olar. "…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO

Xəbər xətti

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Hamısı