Kosmosa ilk uçan insan Qaqarin deyil, o olacaqdı, əgər… SSRİ-də məxfiləşdirilən 5 FACİƏ

Maraqlı 20:39 14.04.2019

SSRİ dövründə yaddaqalan tarixlər və ya ildönümlərində sənaye və elmdə əldə olunan nailiyyətlər, həmçinin yeni fəth edilmiş zirvələr nümayiş etdirilirdi. Amma bəzən bunlar faciəyə gətirib çıxarırdı.

Eurasia Diary Publika.az-a istinadən məhz belə günlərdə qeydə alınan, amma xalqdan gizlədilən faciələrdən bir neçəsini təqdim edir.

1. Raket strateji təyinatlı qüvvələrinin Baş komandanının həlak olması

24 oktyabr 1960-cı il, Oktyabr inqilabının ildönümünə "R-16" ballistik raketin sınağının keçirilməsi haqqında qərar qəbul edilmişdi. Amma yeni ballistik raket hələ tamamlanmamışdı. Belə tələsiklik və təhlükəsizlik texnikasının kobud pozuntuları raket yanacağının alışmasına və raketin partlayışına gətirib çıxardı. Nəticədə yüzdən çox insan, həmçinin Raket strateji təyinatlı qüvvələrinin Baş komandanı Mitrofan Nedelin bu dəhşətli alovda həlak oldu. Qəzanı məxfiləşdirdilər.

2. Valentina Bondarenkonun həlak olması

İnsanın kosmosa birinci uçuşuna hazırlanmış kosmonavtların birinci dəstəsində Yuri Qaqarinlə birlikdə, Komarov, Leonov, Popoviç, Titov və Valentina Bondarenko var idi. Sonuncu Yer kürəsinin orbitinə uçacaq birinci insan olmaq üçün real şanslara malik idi, əgər 23 mart 1961-ci il məşq və tibbi testlərin keçirilməsi zamanı baş verən alışmada həlak olmasaydı. Bu hadisəni yalnız məxfiləşdirmədilər, həm də kosmonavtların birinci dəstəsinin bütün qrup şəkillərindən Bondarenkonu sildilər.

3. Novosibirskdə kamikadze

26 sentyabr 1976-cı ildə mülki aviasiyanın pilotu Vladimir Serkov həyatla vidalaşmaq, eyni zamanda yaxın vaxtlarda ondan ayrılan arvadından qisas almaq qərarına gəldi. O, aerodromdan təyyarəni oğurlayaraq öz arvadının anasının mənzilini vurmaq istəyirdi. Amma "An-2" təyyarəsiylə binanın blokundakı pilləkənləri vurdu. Baş verən yanğın nəticəsində başqa qadın və üç balaca oğlan həlak oldu. Bu hadisə məxfiləşdirilməmişdi, amma onun haqqında xəbərlər verilmədi.

4. Metroda qəza

17 fevral 1982-ci il Moskvada metronun eskalatorunda rezin tutacaqlarından biri qırıldı. Nəticədə eskalatorun pillələri aşağı istiqamətdə sürətlə hərəkət etməyə başladı. Təlaş başlandı. İnsanlar eskalatorun pillələrində yıxılır, yuxarı qaçmağa və qonşu eskalatora keçməyə çalışırdılar. Yaranan sıxlıq və aldığı ağır yaralar nəticəsində 8 nəfər həlak oldu, 30-u şikəst qaldı. Hadisə məxfiləşdirildi.

5. "Lujniki"də ölümcül tıxac

20 oktyabr 1982-ci il, UEFA kubokunun 1/16 final mərhələsində Lenin adına Mərkəzi stadionda Moskvanın "Spartak" və Niderlandın "Haarlem" komandaları arasında matçın sonunda fəlakət yaşanır. Tribunalarda insanlar da çox deyildi. Ağılsızlıq və ya tənbəllikdən hüquq-mühafizə orqanları oyunun sonunda stadionun 4 çıxışından yalnız birini açmışdılar. Final fitinə iki dəqiqə qalmış hesab 1:0 "Spartak"ın xeyrinə idi. Azarkeşlər stadionu tərk etməyə başlayırlar. Pilləkənlərin yuxarısında kimsə camaatın ayaqlarının altında sürüşür və yıxılır. Bir anda sıxlıq yaranır. Elə bu vaxt "Spartak" ikinci qolu vurur. Stadionu tərk edən insanlar geri qayıdırlar. İki istiqamətdə hərəkət edən insanlar qarşılaşırlar. Tribunalarda hasarlar qırılır. İnsanlar hündürlükdən betonun üzərinə yıxılırlar. Camaat onları tapdalayır. Çoxu yeniyetmə olmaqla, 66 nəfər həlak olur. Hakimiyyət isə faciə haqqında informasiyanın yayılmasını blokladı. Hətta həlak olanların valideynləri öz uşaqlarının axtarışları zamanı çətinliklərlə qarşılaşırdılar. 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Hamısı